1 USD 1,7000    1 EUR 1,8029    1 RUB 0,0236    1 TRY 0,0907    XAU 2984,8175    XAG 32,7576    XPT 1509,3280    XPD 3642,8705   
           
/ Məzənnələr

 

 

 













Neft və qaz


Nobel Oil və Wood Azərbaycanda birgə müəssisə yaradılması barədə müqavilə imzalayıblar
01.11.2018

Baki, FinanceTime. Nobel Oil və Wood şirkətləri Azərbaycanın neft-qaz bazarında mühəndis-layihələndirmə və əməliyyatlara dəstək xidmətləri göstərmək məqsədi ilə birgə müəssisə yaradılması barədə müqavilə imzalayıblar.

Birgə müəssisə, Wood şirkətinin mühəndis-layihələndirmə və texniki xidmət imkanlarını, eləcə də Nobel Oil şirkətinin Xəzər regionunda bilik, təcrübə və bacarıqlarını özündə cəmləşdirəcək. Birgə müəssisə əsasən Azərbaycanda dənizdə yerləşən müxtəlif obyektlərdə mühəndis-layihələndirmə, təchizat və tikintinin idarə olunması müqavilələrinin yerinə yetirilməsinə xidmət edəcək.

Birgə müəssisənin yaradılması ilə bağlı, Wood, Nobel Oil və bazarda fəaliyyət göstərən digər şirkətlərin yüksək səviyyəli nümayəndələrinin, eləcə də Böyük Britaniyanın Ticarət və İnvestisiya departamentinin (UKTI) təmsilçilərinin və Böyük Britaniyanın Azərbaycandakı Səfiri Dr. Kerol Krofts və digər qonaqların iştirakı ilə 31 oktyabr tarixində Bakıda rəsmi imzalama mərasimi keçirilib.

Wood şirkətinin Avropa, Avstraliya, Amerika və Afrika üzrə Baş İcraçı Direktoru Deyv Styuart şərh edib: "Wood şirkəti, Azərbaycandakı fəaliyyətinin genişləndirilməsinə, müştərilərin ehtiyaclarını dəstəkləyən xidmətlərin göstərilməsinə və yerli təchizat zəncirində ön sırada olmaq üçün əməkdaşlıq qurmağa, yeni imkanların tapılmasına sadiqdir. Nobel Oil şirkəti ilə səylərimizin birləşdirilməsi Azərbaycanda həm mühəndis-layihələndirmə imkanlarımızı artıracaq, həm də yerli işçi qüvvəsi üçün təlim və inkişaf imkanları yaradacaq."

Nobel Oil şirkətinin Baş İcraçı Direktoru Vüqar Səmədli bildirib: "Birgə müəssisənin yaradılması Azərbaycanın neft-qaz sənayesinin gələcək inkişafına xidmət edəcək əhəmiyyətli hadisədir. Yeni birgə müəssisə müştərilərə yüksək səviyyəli xidmətlər göstərmək üçün hər iki şirkətin təcrübə və bacarıqlarını birləşdirəcək. İnanıram ki, bu tərəfdaşlıq hər iki şirkət və bütün sənaye üçün faydalı olacaq.”

Wood şirkəti, enerji və sənaye sahələrində layihələndirmə, mühəndislik və texniki xidmətlərin göstərilməsi üzrə dünya lideridir. Wood, gəliri 10 milyard ABŞ dollarından çox olan, təqribən 60 000 işçinin çalışdığı və 60-dan çox ölkədə fəaliyyət göstərən şirkətdir.2016-cı ildə Wood şirkəti Azərbaycanda 200 yeni iş yeri yaradaraq BP şirkətinin dənizdəki səkkiz platformasına mühəndis-layihələndirmə xidmətləri göstərmək üçün ümumi dəyəri 500 milyon ABŞ dolları olan 5 illik müqavilə imzalamışdır.

Nobel Oil Services neft-qaz sahəsində ixtisaslaşan çoxşaxəli şirkətlər qrupudur. Şirkətlər qrupuna daxil olan müəssisələr qazma, tikinti və layihələrin idarəedilməsi, eləcə də avadanlığa texniki xidmət, təchizat və layların neftverimliliyinin artırılması xidmətlərini göstərək fəaliyyətlərini uğurla inkişaf etdirirlər. Nobel Oil Services həm əməliyyat, həm də maliyyə fəaliyyətində ən yüksək standartlara riayət edir.

 


     



09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
 
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü
15.05.2020
Müseyib Əhmədov
Mərkəzi Gömrük Hospitalının ortoped-travmatoloqu
24.02.2020
Anar Həsənov
“AccessBank”ın İdarə Heyətinin Sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment