1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Nar” korporativ sosial məsuliyyət layihələrini davam etdirir
26.10.2018

Baki, FinanceTime.  “Nar” özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində əhəmiyyətli sosial aksiyalar həyata keçirməkdə davam edir. Mobil operator fiziki məhdudiyyətli insanlara qayğı göstərmək və onların cəmiyyətə inteqrasiya olunması istiqamətində müxtəlif addımlar atır. “Nar”-ın növbəti layihəsi eşitmə və nitq məhdudiyyəti olan insanlara dəstəkdir. Mobil operator eşitmə və nitq məhdudiyyəti olan insanların öz yaxınları və cəmiyyət ilə daha rahat ünsiyyət qurmalarını asanlaşdıran xüsusi tədris vəsaiti hazırlayır. “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin dəstəyi ilə hazırlanan vəsait yaxın vaxtlarda təqdim ediləcək.

Qeyd edək ki, “Nar” paytaxt Bakı ilə yanaşı, bölgələrdə yaşayan fiziki məhdudiyyətli gəncləri daim diqqətdə saxlayır. Mobil operator ünsiyyət məhdudiyyətli gənclərin bilik və bacarıqlarını artırmaq, onların gələcək karyeralarına töhfə vermək və mənəvi dəstək göstərməkməqsədilə, müxtəlif bölgələrdə “Təlim məktəbi” layihəsini reallaşdırıb. Nəticədə, fiziki məhdudiyyəti olan gənclərmüxtəlif peşələrə yiyələnib.

“Azerfon”un İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Əziz Axundovun sözlərinə görə,mobil operator bu cür sosial layihələri genişləndirməyi nəzərdə tutur: “”Nar” telekommunikasiya sahəsi ilə yanaşı, cəmiyyət üçün həssas olan məsələlərdə effektli addımları ilə seçilir. Xüsusilə də, fiziki məhdudiyyəti olan şəxslərlə bağlı uzunmüddətli və ardıcıl layihələr gerçəkləşdirir.“Nar”-ın növbəti sosial layihəsinin də uğurlu və səmərəli olacağına inanırıq”.

Qeyd edək ki, fiziki məhdudiyyətli şəxslərədəstək, təhsilvə maariflənmənin inkişafı, gənclər arasında idmanın təbliği “Nar”-ın KSM strategiyasının ən vacib istiqamətləridir. Mobil operator gənclərin oxumağa həvəsini artırmaq, təhsilin önəmini aşılamaq, eyni zamandan fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiya olunması istiqamətində bir çox uğurlu layihələr gerçəkləşdirib. 2018-ci il ərzində mobil operator KSM strategiyası çərçivəsində 12 irimiqyaslı sosial layihələr həyata keçirib.

 “Nar” KSM strategiyası haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment