1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Proqramçılar yarışa çıxır!
25.10.2018

 

Baki, FinanceTime. Ölkəmizdə informasiya texnologiyaları sahəsinə olan marağı artırmaq və bu sahədə olan istedadlı gənclərin bacarıqlarını nümayiş etdirməsinə imkan yaratmaq məqsədilə  "Hackathon" müsabiqəsinə start verilir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən "AzInTelecom" MMC-nin təşkilatçılığı və Yüksək Texnologiyalar Parkının dəstəyi ilə həyata keçirilən “Hackathon-AzIn 2018" yarışması oktyabrın 29 və 30-da baş tutacaq. Azərbaycanda ilk dəfə keçiriləcək beynəlxalq "İnnovasiyalar həftəsi" çərçivəsində təşkil olunan müsabiqədə startapların öz bizneslərini qurmasına, innovativ xidmətlər göstərməsinə və yeni müştərilər əldə etməsinə daim dəstək göstərən “Azercell Telekom” MMC Qızıl Sponsor kimi çıxış edir.

 Məlumat üçün bildirək ki, 3 mərhələdən ibarət olacaq "Hackathon" müsabiqəsinin birinci mərhələsi oktyabrın 29-da "AzInTelecom" tərəfindən iştirakçılara mövzu ilə bağlı müvafiq tapşırığın verilməsi ilə başlayacaq. Yarışın ikinci mərhələsində iştirakçılar tapşırığın proqramlaşdırma və təqdimatı üzərində işləyəcək, oktyabrın 30-da isə verilən tapşırıqların icrası qiymətləndirilərək yarışın qalibi seçiləcək. Müsabiqədə birinci yerin qalibi 5 000 AZN, ikinci yer 3 000 AZN, üçüncü yerin qalibi isə 1 000 AZN məbləğində “AzInTelecom" tərəfindən mükafatlandırılacaq. Müsabiqədə iştirak etmək istəyən proqramçılar hackathon.azintelecom.az ünvanına daxil olaraq qeydiyyat formasını doldurmalıdırlar.

Qeyd edək ki, müəyyən bir mövzu ilə bağlı proqramçıların komanda şəklində çalışaraq öz innovativ fikirlərini koda çevirdiyi, məhdud zaman çərçivəsində rəqəmsal resurslar hazırladığı “Hackhaton”lar bütün dünyada adətən “Google”, “Netflix”, “Facebook”, “HP” və “Microsoft” kimi nəhəng şirkətlər tərəfindən həyata keçirilir.Proqramçıların marafonu hesab edilən "Hackathon" yarışması Azercellin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə də ölkəmizdə 5 dəfə keçirilib.


 



     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment