1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycan Turizm Bürosu və İsveçrə Turizm təşkilatı arasında memorandum imzalanıb
24.10.2018

Baki, FinanceTime.  Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid və İsveçrə Turizm təşkilatının İnkişaf edən bazarlar və xüsusi layihələr üzrə direktoru Federiko Sommaruqa arasında turizm sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

İmzalanma mərasimi Bakı şəhərində 24 oktyabrda keçirilən görüş zamanı baş tutub. Görüş Azərbaycanın İsveçrədəki səfirliyinin dəstəyi və təşəbbüsü ilə keçirilib. Görüşdə Azərbaycanın İsveçrədəki Fövqəladə və Səlahiyyətli səfiri Xanım İbrahimova da iştirak edib.

Memoranduma əsasən hər iki tərəf turizm sahəsində qanunvericilik, turizm statistikasının yaxşılaşdırılması, turizm xidmətləri və infrastrukturunun keyfiyyətinin təkmilləşdirilməsi təcrübəsinin öyrənilməsi kimi məsələlər üzrə əməkdaşlıq edəcəklər. Həmçinin tərəflər turizm müəssisələrinin fəaliyyətinin tənzimlənməsi təcrübəsi ilə bağlı məlumat mübadiləsinin aparılmasını, qarşılıqlı olaraq sərgilər, təqdimatlar və bu kimi tədbirlər haqqında bir-birini məlumatlandırmağı öhdələrinə götürürlər.

Memorandumda qeyd olunan məsələlərdən biri də qış turizmi, eləcə də turizm təhsili sahələrində əməkdaşlıq əlaqələrini təkmilləşdirmək, peşəkar kadrların təlimi ilə məşğul olan təhsil müəssisələri arasında qarşılıqlı münasibətləri inkişaf etdirməkdir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment