1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Xalq Bank III rübü uğurla başa vurdu
23.10.2018

Baki, FinanceTime. 2018-ci ilin üçüncü rübü ərzində maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinə əsasən ASC “Xalq” Bankı əsas maliyyə göstəriciləri üzrə stabil artım tempini qorumuşdur. Belə ki, cari ilin üçüncü rübünün sonuna aktivlərin həcmi ötən ilin sonu ilə müqayisədə 127.365 mln manat və ya 7,02% artaraq 1,941.013 mlrd manat təşkil etmişdir. Bankın məcmu kapitalı isə сari ilin 9 ayı ərzində12,910 mln manat və ya 5% artaraq 271,181 mln manata çatmışdır. 

Qeyd olunan dövr ərzində Bankın faiz gəlirləri ötən ilin anoloji dövrünə nisbətən 9,72% artmış, faiz xərcləri isə 11,6% azalmışdır. Bunun nəticəsində Bankın xalis faiz gəlirləri 2017-ci ilin 9 ayının yekunları ilə müqayisədə 17,38% artaraq 65,634 mln manat təşkil etmişdir. Qeyd etmək lazımdır ki, xalis faiz gəlirlərində müşahidə olunan müsbət trend, əsasən gəlir gətirən aktivlərin diversifikasiyası və xərclərin azaldılması nəticəsində yaranmışdır.

Xalq Bank 2018-ci il ərzində öz mənfəətliliyini qoruyub saxlamış və ötən ilin anoloji dövru ilə müqaisədə 36,84% artaraq ilin ilk üç rübünü 17,959.27 mln manat mənfəətlə bitirmişdir.

2018-ci ilin üç rübü ərzində maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri ASC “Xalq” Bankının ölkənin lider banklarından biri olmasını bir daha təsdiq edir. Bu uğurlar Bankın loyal müştərilərinin, peşəkar əməkdaş komandasının, düşünülmüş və effektiv idarəetmə siyasətinin nəticəsidir.  

ASC “Xalq” Bankı 2004-cü ildə yaranıb. Ölkə ərazisində 29 filial və 605 nəfərlik peşəkar kollektivi xidmət göstərən Xalq Bank hazırda ölkənin ən böyük banklarından biridir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment