1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“Atəşgah” Sığorta Qrupu 2018-ci ilin 9 ayı üzrə 70 mln. AZN sığorta haqqı toplayıb
17.10.2018

Baki, FinanceTime. Azərbaycan sığorta bazarının liderlərindən olan “Atəşgah” Sığorta Qrupu 2018-ci ilin yanvar-sentyabr ayları üzrə maliyyə hesabatını təqdim edib. Şirkətlərin bu ilin ilk doqquz ayı ərzində topladığı sığorta haqlarının ümumi həcmi 70 mln. AZN təşkil edib.

“Atəşgah” Sığorta Şirkətinin cari ilin yanvar-sentyabr ayları üzrə sığorta haqlarının həcmi 2017-ci ilin eyni dövrü ilə müqayisədə 3,2% artaraq 28,6 mln. AZN təşkil etmişdir. Sığorta ödənişlərinin həcmi isə 14,7 mln. AZN təşkil edib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 26% çoxdur.

“Atəşgah” SŞ -nin 2018-ci ilin ilk doqquz ayı ərzində ən çoxödəniş etdiyi sığorta növləri tibbi sığorta vəavtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası olmuşdur.Şirkətin tibbi sığorta üzrə ödənişlərinin həcmi 66,5% artaraq 3,7 mln. AZN, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişlərinin həcmi isə 11% artaraq 8,9 mln.AZN təşkil etmişdir.

“Atəşgah” Sığorta Qrupuna daxil olan “Atəşgah Həyat” Sığorta Şirkətinin sığorta haqları isə 2017-ci ilin analoji dövrü ilə müqayisədə 66% artaraq 41,4 mln. AZN təşkil etmişdir.

Yüksək etibarlılıq imicinə sahib olan “Atəşgah” SŞ 1996-ci ildə yaranıb. 2003-cü ildə Azərbaycan sığorta şirkətləri arasında ilk olaraq İSO 9001:2000 beynəlxalq standartı üzrə idarəetmə sistemində keyfiyyətə nəzarət üzrə sertifikat almışdır. Şirkət 2014-cü ildən İcbari Sığorta Bürosunun üzvüdür.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment