Baki, FinanceTime. 9 oktyabr 2018-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0105015694ISIN-li, 30mln. manat həcmində, 728gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 6investor tərəfindən qiyməti intervalı 93.0697 AZN (12.0000%)və 101.8365 AZN (7.0000%) olan 10 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.1817 AZN (7.9000%), orta ölçülmüş qiyməti 101.8035 AZN (7.0177%) müəyyən edilmişdir. Sifarişlərinnominal qiymətləümumi məbləği 43, 802, 500, 00 yerləşdirilmiş həcmi isə 30mln manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 06.10.2020-ci il.
Hərrac iştirakçıları 9 oktyabr 2018-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.