1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


"Azsığorta" Bakıda keçirilən "Mübarizlər" layihəsinə sponsorluq edir
27.09.2018

"Azsığorta" şirkəti artıq 3-cü  dəfə sponsorluq etdiyi "Mübarizlər" layihəsinə qatılacaq. Yarışma"Gilan Holding", Fövqəladə Hallar Nazirliyi, Gənclər və İdman Nazirliyi, həmçinin Milli Olimpiya Komitəsinin təşkilati dəstəyi ilə29 sentyabr 2018-ci ildə Fövqəladə Hallar Nazirliyinin (FHN) Təlim-Tədris mərkəzində keçiriləcək.

Baki, FinanceTime.  "Mübarizlər" layihəsi  bu il ikinci  mövsümündə ekstrim həvəskarlarına fəal istirahətin tam yeni formatını təklif edir — çətin keçilən ərazidə maneəli qaçış.Bu yalnız əyləncəli idman deyil, həm də nəticələr əldə etmək və maneələri aradan qaldırmaq üçün qarşılıqlı komanda işidir.

 Maneələr xüsusi olaraq elə hazırlanıb ki, 10 kilometrlik marşrut iştirakçılarının bütün qrup əzələləri cəlb olunsun. İştirakçıları 42 maneədən ibarət  marşrut gözləyir: çarpazlı divarlar, iplər, beş metr yüksəklikdən suya atlanma, piramidalar, şin daşıma və digərləri. Maneələrin əksəriyyəti ağacdan və metaldan hazırlanmışdır. Daha mürəkkəb marşrut seçərək çempionatın qalibi olan ilk 10 iştirakçı mükafat olaraq sertifikatlar, kuboklar və müxtəlif hədiyyələrlə təltif olunacaq.

Hazırda maneəli yarışmalar bütün dünyada məhşurlaşan fəaliyyət növlərindən biridir. Bu yarışmalar yeni idman növünə çevrilərək, artıq klassik idman növlərini geridə qoyur.

Dünyanın ən məhşur trendlərindən birinə qovuşmaq, idman və sağlamlıq festivalında əylənmək və həmfikirlərlə ünsiyyət yaratmaq üçün bu unikal şansı əldən qaçırmayın. Yarışmada iştirak etmək üçün biletləri "Iticket" kassalarından əldə etmək mümkündür: //www.mubarizler.az. 

Sığorta şirkəti  olaraq "Azsığorta" – fəal istirahət zamanıhər hansı bir qəza baş verə biləcəyini nəzərə alaraq "Mübarizlər" iştirakçılarının sağlamlığı və təhlükəsizliyi üçün onlarıoyun zamanı sığortalayır.

“AzSığorta” ölkənin ən stabil sığorta şirkətlərindən biridir. Fitch beynəlxalq reytinq agentliyi şirkətin etibarlığını təsdiq edərək, ona “B” reytinqini təyin etmişdir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment