1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Nar” əmək yarmarkasında iştirak edib
27.09.2018

Baki, FinanceTime.  “Nar” Odlar Yurdu Universitetində “Kariyerada ilk addım” devizi altında keçirilənəmək yarmarkasında iştirak etdi. 50-dən çox şirkətin qatıldığı yarmarkada mobil operator məhsulların inkişafı, kommersiya hasabatları, regional satış və digər vakant vəzifələrə sənəd qəbulu təşkil edib. Bundan əlavə, stend ziyarətçiləri “Nar”-ın yay təcrübə proqramlarında iştirak barədə məlumat əldə etdilər.

Sentyabrın 26-da keçirilmiş yarmarkada “Nar” stendinə maraq böyük olub. Gün ərzində 400-ə qədər adam stendi ziyarət edib. Yarmarka gənclərin əmək bazarına inteqrasiyası məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən təşkil edilib.

Xatırladaq edək ki, daha öncə ADA universitetində keçirilmiş tələbələr üçün əmək yarmarkasında “Nar”operatoru “Ən yaxşı işəgötürən şirkət” mükafatına layiq görülüb.

Mobil operatorun həyata keçirdiyi layihələr haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 7000-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment