1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


İnternetdəki təhlükələrdən xəbərdarsınızmı?
25.09.2018

Azercell-in dəstəyilə şagird, valideyn və müəllimlər üçün təlimlər təşkil olunacaq

Baki, FinanceTime. İnterneti uşaqlarımız üçün təhlükəsiz edək - “Azercell Telekom” MMC-nin təşəbbüsü ilə icra olunan “Təhlükəsiz internet və rəqəmsal vətəndaşlıq” təlim proqramının əsas məqsədi bundan ibarətdir. 25 sentyabr 2018-ci il tarixində Azercell-in təşkili iləbu əhəmiyyətli proqramın təqdimatı keçirilib. Təqdimatın açılışını edən Azercell-in İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Nigar Şıxlinskaya 2018-2019-cu tədris ili çərçivəsində paytaxt və region məktəblərində şagirdlər, valideynlər və müəllimlər üçün təlimlər təşkil olunacağını bildirib. Təlimlər sürətli internetin və internetdən istifadə arealının genişlənməsi nəticəsində şagirdlərin üzləşə biləcəkləri çətinlikləri müəyyənləşdirmək, həmin təhlükələri aradan qaldırmaq üçün şagirdlər, valideynlər və uşaqlarla kompleks işin təşkilini əhatə edir.

Təqdimat mərasimində çıxış edən Azercell MMC-nin prezidenti Vahid Mürsəliyev Azercell-in sürətli mobil internet təminatçısı olması və mobil internetdən istifadəni təbliğ etməsinə baxmayaraq kiber təhlükəsizlik məsələsinin olduqca aktuallaşmasından, bu mövzunun şirkət üçün böyük əhəmiyyət kəsb etməsindən danışıb. Onun sözlərinə görə Azercell öz fəaliyyətində daim uşaqların müdafiəsinə önəm verdiyindən məmnuniyyətlə bu aksiyanın təşəbbüskarı və təşkilatçısı qismində çıxış edir.

Tədbirdə çıxış edən Təhsil Nazirliyinin təhsilin inkişafı proqramlarının sektor müavini Vidadi Bağırov, Ombudsman Aparatının hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və beynəlxalq əlaqələr şöbəsinin müdiri Faiq Ağayev çıxış edərək internetdə uşaqların təhlükəsizliyinin təmin olunmasının vacibliyini, Azercell-inbu təşəbbüsünü dəstəklədiklərini vurğulayıblar. 

Tədbirdə  “Müəllim İnkişafı Mərkəzi”nin direktoru Gream Pollakın müraciəti də səsləndirilb. Mərkəzin təlimçisi Çinarə Nur təhlükəsiz İnternet istifadəsi ilə bağlı maraqlı təqdimat edib, təlimlərdə şagirdlərəinternetdə olan təhlükələr haqqında nəzəri və praktiki məsləhətlər,məktəbdənkənar təhdidlərin tanınması və onlarla mübarizə yolları kimi biliklərin verildiyini qeyd edib. Gənc təlimçi bildirib ki, qrup məşğələləri və faydalı interaktiv oyunlar sayəsində uşaqlara internetdən gələn zərərlərdən kənarlaşma mexanizmi və vərdişləri də tədris olunur. Çıxışlardan sonra təlimlər zamanı çəkilmiş görüntülərdən ibarət video çarx, internet təhlükəsizliyinə dair Bakı şəhər sakinlərinin düşüncələrini əks etdirən video sorğu və mövzu ilə bağlı xüsusi hazırlnamış animasiya filmləri nümayiş etdirilib. Tədbirin sonunda isə iştirakçılara “Universal Müdafiə”, “Android üçün müdafiə” və “Valideyn nəzarəti” xidmətlərinin yer aldığı “Azercell Plus Təhlükəsizlik” proqramına 2 aylıq abunəlik hədiyyə edilib. 2 il öncə "Kasperski laboratoriyası" ilə birgə reallaşdırılan layihə çərçivəsində istifadəçilərə təqdim olunan bu xidmətlər vasitəsilə istifadəçilər həm özlərinin, həm də uşaqlarının təhlükəsizliyini, həmçinin sosial şəbəkələrdə ünsiyyətin məxfiliyini təmin edə bilirlər.




Qeyd edək ki, ötən ildən başlayaraq Azercell şirkətinin təşkilatçılığı ilə Bakı məktəblərində şagirdlər, müəllimlər və valideynlər üçün"İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq" mövzusunda təlimlər keçirilir. Bakının bir neçə məktəbində həyata keçirilmiş tədrislər bu il regionlarda da təşkil olunacaq.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment