1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


AQTA-da Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə strateji əməkdaşlıq imkanları mövzusunda görüş keçirilib
21.09.2018

Baki, FinanceTime. 21 sentyabr 2018-ci il tarixində, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Asiya İnkişaf Bankının nümayəndələri Sok Yonq Yun, Səbinə Cəfərova, Maykl Robert Minqes, Andre Kvitovski, AQTA sədrinin müşaviri Elxan Mikayılov və agentliyin nümayəndələri iştirak ediblər.

Qida Təhlükəsizliyi Agentliyi sədrinin müşaviri Elxan Mikayılov Agentliyin fəaliyyət istiqamətləri və informasiya texnologiyalarının tətbiqi sahəsində qarşıya qoyulan hədəflər barədə görüş iştirakçılarına geniş məlumat verib. Müşavir qida məhsullarının elektron izlənilməsi sisteminin yaradılması üçün qabaqcıl ölkələrin təcrübəsinin öyrənildiyini qeyd edib və qida təhlükəsizliyi sahəsində Dövlət Proqramı haqqında görüş iştirakçılarını məlumatlandırıb.

Daha sonra görüş iştirakçıları innovasiyaların və rəqəmsal inkişaf texnologiyalarının qida təhlükəsizliyi sahəsində tətbiqi mövzusunda müzakirələr aparıblar. Asiya İnkişaf Bankının nümayəndəsi cənab Sok Yonq Yun təmsil etdiyi qurumun fəaliyyəti, müxtəlif ölkələrdə həyata keçirdikləri uğurlu layihələr haqqında çıxış edib. Cənab Sok Yong Yun Asiya İnkişaf Bankı ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin strateji əməkdaşlıq imkanlarının öyrənilməsində maraqlı olduqlarını vurğulayıb.

Görüş iştirakçıları qida təhlükəsizliyi sahəsində texnoloji innovasiyaların tətbiqi və idarəetmə sistemlərinin təkmilləşdirilməsi mövzusunda müzakirələr aparıb.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment