1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Nar”-dan tələbələrə təqaüd proqramı
21.09.2018

Baki, FinanceTime. Özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində təhsil və maariflənmənin inkişafına xüsusi önəm verən “Nar” bu təşəbbüsü ilə tələbələrə dərslərində daha uğurlu olmaları üçün əlavə stimul verməyə davam edir.Elm və təhsilin inkişafına dəstəyilə seçilən “Nar” bu il  Naxçıvan Muxtar Respublikasının ali təhsil müəssisələrində informasiya texnologiyaları və informatika ixtisasları üzrə təhsil alan tələbələr üçün Təqaüd proqramı elan edib. Proqram çərçivəsində 2018-2019-cu tədris ilində 5 tələbəyə aylıq təqaüd veriləcək. Təqaüd proqramı,ilkin olaraq, Naxçıvan Muxtar Respublikasının ali təhsil müəssisələrində təhsil alan tələbələr üçün nəzərdə tutulub. Gələcəkdə digər bölgələr və paytaxt Bakı universitetlərinin tələbələri üçün də aylıq təqaüdün verilməsi planlaşdırılır.

“Nar” təhsil və maariflənmənin inkişafına yönəlik KSM strategiyasıçərçivəsində təhsil müəssisələri və müvafiq qurumlarla tərəfdaşlıq münasibətləri qurur, tələbələr üçün həvəsləndirici aksiyalar keçirir, müxtəlif bilik müsabiqələri və intellektual yarışların sponsoru qismində çıxış edir. KSM strategiyası çərçivəsində “Nar” həmçinin fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası edilməsi istiqamətində müxtəlif uğurlu layihələr həyata keçirir.

“Nar”-ın KSM strategiyası haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək mümkündür.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 7000-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment