1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“ASAN xidmət”in fəaliyyəti Fransa mətbuatında
21.09.2018

Baki, FinanceTime. Fransada nəşr olunan “La Lettre Diplomatique” (“Diplomatik məktub”) jurnalının xüsusi buraxılışı Azərbaycana həsr olunub.

Buraxılışda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin “İnnovativ və müasir dövlət xidmətləri beynəlxalq əməkdaşlığa töhfə verir” başlıqlı məqaləsi də dərc olunub.

Məqalədə prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatların tərkib hissəsi kimi “ASAN xidmət” mərkəzlərinin yaradılması tarixi , fəaliyyət istiqamətləri, həyata keçirilən xidmətlər barədə məlumat verilib. Eyni zamanda, “ASAN xidmət” təcrübəsinin bölüşülməsi məqsədilə bir sıra ölkələrlə, o cümlədən İtaliya, Fransa, Əfqanıstan, İndoneziya, Koreya, Mərakeş, Monteneqro ilə imzalanmış Anlaşma Memorandumlarının əhəmiyyəti qeyd olunub.

"ASAN xidmət"in Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görüldüyü əks olunub.

Həmçinin 2017-ci ildən fəaliyyətə başlayan “ASAN Viza” sistemi vasitəsi ilə ölkəmizə gələn turistlərin elektron vizalar ilə təmin edildiyi diqqətə çatdırılıb.

14 mart 2017-ci il tarixində dövlət xidmətlərinin göstərilməsinin mütərəqqi mexanizmlərinin yaradılması sahəsində Fransa Respublikasının Baş naziri yanında Dövlət İslahatları və Asanlaşdırma üzrə Dövlət Katibliyi arasında imzalanmış Anlaşma Memorandumunun Azərbaycan – Fransa ikitərəfli əlaqələrində yeni sahə yaratdığını bildirən müəllif “ASAN xidmət” təcrübəsinin öyrənilməsi məqsədilə Fransanın bir sıra rəsmi şəxslərinin Azərbaycana səfərləri barədə məlumat verib. Vurğulanıb ki, 2015-2017-ci illərdə Fransa Respublikasının Desentralizasiya və Dövlət Qulluğu üzrə

Nazirliyinin regionların islahatları məsələləri üzrə dövlət katibi, hökumət üzvü Andre Vallini, Fransa Baş naziri yanında dövlət islahatları və sadələşdirmə üzrə dövlət katibi Jan-Vənsen Plase, Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuanın başçılıq etdiyi nümayəndə heyətləri “ASAN xidmət” mərkəzləri ilə tanış olublar.

Eyni zamanda qeyd olunub ki, Dövlət Agentliyi beynəlxalq təşkilatlarla və Afrika ölkələri ilə əməkdaşlığı genişləndirir. 10 noyabr 2017-ci il tarixində İSESCO ilə imzalanmış Anlaşma Memorandumu yaxın gələcəkdə üzv ölkələrdə “ASAN xidmət” təcrübəsinin tətbiqinə imkan yaradır.

Beynəlxalq əməkdaşlığı genişləndirmək məqsədilə Dövlət Agentliyi Mərakeş, Belçika, Türkiyə, Amerika, Sinqapur və digər ölkələrdə dövlət xidmətləri sahəsində keçirilən konfrans və seminarlarda aktiv iştirak edib.

Fəaliyyət göstərdiyi gündən bir sıra ölkələrin, o cümlədən Misir, Sudan, Əlcəzair, Uqanda, Cibuti, Ruanda, Seneqal, CAR-ın rəsmi şəxslərinin başçılığı ilə nümayəndə heyətləri “ASAN xidmət” təcrübəsinin öyrənilməsi məqsədilə Azərbaycana səfər ediblər. Məqaləyə keçid: https://bit.ly/2NVkzPi


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment