1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


HR Forum keçirilib
18.09.2018

Baki, FinanceTime. 15 sentyabr 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) törəmə qurumu olan Azərbaycan Bank Tədris Mərkəzinin və Azərbaycan İnsan Resursları Cəmiyyətinin təşkilatçılığı,ADA Universiteti, Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və Azərbaycanda Amerika Ticarət Palatasının (AMCHAM) təşkilati dəstəyi ilə “İnsan resurslarının idarə edilməsi sahəsində qabaqcıl Azərbaycan təcrübələri” mövzusunda HR Forum keçirilib.

Forumun məqsədi Azərbaycan insan resursları peşəkarları ilə insan resurslarının idarə olunması sahəsində qabaqcıl Azərbaycan təcrübələrini bölüşmək, təcrübə mübadiləsi aparmaq və bu sahədə Azərbaycan modelinin yaradılmasına təkan vermək olub.

Forumun açılışı zamanı ADA Universitetinin  Prorektoru Fariz İsmayılzadə, ASK Prezidenti Məmməd Musayev, AMCHAM Azerbaijan  İcraçı direktoru Natavan Babayeva, ABTC direktoru, HRS sədri Cavanşir Abdulayev çıxış edib.

Ümumən 2 paneldən ibarət olan Forumda, hər panel üzrə 4 spiker öz təcrüblərini bölüşüb. Birinci paneldə Rabitəbank ASC İdarə Heyətinin Sədri Elçin Qədimov, BP Azərbaycan şirkətinin Əməliyyatlar üzrə Meneceri və AMCHAM-ın HR Komitəsinin Sədri Elnarə Məmmədova, Azərsun Akademiyasının Direktoru Cəlal Eynullayev, Gilan Holdinqin İnsan Resursları Funksiyasının Rəhbəri Allaherdi Bağırov, ikinci paneldə isə Azerconnect LLC-nin HR Direktoru Mətanət Babayeva, Swift Engineering Şirkətinin Biznes Xidmətləri Departamenti Əməliyyat meneceri Fazilə Əskərova , İnsan resursları və stress menecment üzrə ekspert Həlimə Qəmərlinskaya və ABTC-nin Direktoru Cavanşir Abullayev təqdimatla çıxış edib.

Müştəlif təşkilatların HR menecer və mütəxəssisləri, habelə HR sahəsində fəaliyyət göstərən tədqiqatçılar, təlimçilər və məsləhətçiləri bir araya gətirən Forumda bu sahədə ən qabaqcıl Azərbaycan təcrübələri müzakirə edilib.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment