1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Milli Aviasiya Akademiyasında yenidənqurmadan sonra aeronaviqasiya kafedrası fəaliyyətə başlamışdır
13.09.2018

Baki, FinanceTime.  12 sentyabr 2018-ci il, Bakı - Milli Aviasiya Akademiyasında tədris ili ərəfəsində tam yenidənqurmadan sonra “Aeronaviqasiya” kafedrasının korpusu fəaliyyətə başlamışdır.

Sentyabrın 12-də AZAL Prezidenti Cahangir Əsgərov, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, professor-müəllim heyəti kafedrada yaradılmış şərait ilə tanış olmuşdurlar.

“Azərbaycan Hava Yolları” QSC-nin və onun struktur bölməsi olan “Azəraeronaviqasiya” HHİ-nin dəstəyi ilə kafedra müasir tələblərə uyğun tam müasirləşdirilmişdir.

Kafedrada tədris prosesi üçün zəruri olan yeni interfeyslər və texnologiyalar tətbiq olunmuşdur. Kafedranın tədris proqramı beynəlxalq standartlara uyğunlaşdırılmışdır və ICAO Doc.10056 (“HHİ-nin dispetçerləri qismində təlim və qiymətləndirmə") rəhbər prinsiplərinin tələblərini, Avropa uçuşların təhlükəsizliyi standartları (EASA), həmçinin mülki aviasiya mütəxəssislərinin hazırlığı və təlimi təşkilatlarına (ATO) dair Avropa komissiyasının №2015/340 reqlamentinin beynəlxalq standartlarını əks etdirir.

Eyni zamanda, Almaniya “DFS-Academy” Aeronaviqasiya Akademiyasının “DFS e-learning” auditoriyası istismara verilmişdir. “DFS-Academy” tərəfindən həyata keçirilən məsafədən daxil olmaqla tədris proqramı 12 fənnə əsaslanır. Tədris bilavasitə “DFS-Academy”-nin məlumat bazası vasitəsilə onlayn rejimdə həyata keçirilir.

Milli Aviasiya Akademiyası və Almaniya Aeronaviqasiya Akademiyası arasında əldə olunan razılaşmaya əsasən, Bakıda DFS Almaniya Aeronaviqasiya institutun yaradılması planlaşdırılır. Bu, milli kadrların peşəkar hazırlıq səviyyəsini artıracaq və bu ixtisas üzrə xarici tələbə axını cəlb edəcək.

İnstitut HHİ qülləsinin real imitasiyası və 360 dərəcə tam görünüş sahəsi ilə peşəkar 3D trenajorla təchiz olunacaq. MAA-nın müəllimləri bu tədris metodu çərçivəsində xüsusi hazırlıq keçəcəklər.

Qeyd edək ki, “Aeronaviqasiya” kafedrası 2008-ci ildən fəaliyyət göstərir və “Hava hərəkətinin idarə olunması” və “Aeronaviqasiya təminatı” ixtisasları üzrə bakalavr hazırlığını həyata keçirir. Həmçinin “Hava hərəkətinin idarə olunması mühəndisliyi” ixtisası üzrə magistr hazırlığını həyata keçirir. Hazırda kafedrada 117 tələbə təhsil alır.

Kafedranın müəllim heyətinə AZANS-ın aparıcı mütəxəssislərinin cəlb olduğunu nəzərə alaraq, mülki aviasiyanın bu mühüm sahəsinin tədris prosesinə real təcrübə təmin olunur.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment