1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Müasir Azərbaycan“ mövzusunda uşaq və gənclər arasında rəsm müsabiqəsi keçirilir
10.09.2018

Baki, FinanceTime.  Bakı Fond Birjasının təşəbbüsü ilə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, YARAT Müasir İncəsənət Məkanı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və “İnvest-Az” İnvestisiya şirkətinin dəstəyi ilə “Müasir Azərbaycan“ mövzusunda uşaq və gənclər arasındarəsm müsabiqəsinə start verilmişdir.

Bakı Fond Birjasının sosial məsuliyyətlilik layihəsi çərçivəsində keçirilən sərginin məqsədiistedadlı gənclərin və yeniyetmələrin aşkarlanması, eləcədə, xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyasından ibarətdir.

Müsabiqəyə daxil olan rəsm əsərləri peşəkar rəssamlar və sənətşünaslar tərəfindən qiymətləndiriləcəkdir. Müsabiqənin qalibləri mükafatlandırılacaqdır.

Müsabiqənin sonunda seçilmiş əsərlərdən ibarət sərgi təşkil olunması nəzərdə tutulur.

 

Müsabiqədə iştirak üçün tələb olunur:

1.     Müsabiqəyə təqdim edilən əsərlərin orijinal nüsxəsi

2.     Müəllifin 2 ədəd 3x4 ölçüdə fotoşəkli

3.     Müəllifin şəxsiyyət vəsiqəsinin surəti

Müsabiqədə iştirak üçün namizədlərin qeydiyyatı və əsərlərin qəbulu 10 sentyabr 2018-ci il tarixindən 31 oktyabr 2018-ci il tarixinədək həyata keçirilir.

 

Təqdim olunacaq əsərlər:

·         Rəsm və rəngkarlıq sahəsinə aid olmalıdır

·         Əsərlərin ölçüləri 70x50 sm qədər olmalıdır

·         Mənzərənin mövcud janr qruplarında işlənməlidir (marina, veduta və s.)

·         Əsərlər kağız, karton, kətan üzərində işlənməlidir

·         Əsərlərin işlənmə texnikaları sərbəstdir (sulu boya, yağlı boya, quaş, qarışıq texnika və s.)

·         Əsərlər səliqəli işlənməlidir

·         Əsərlər müvafiq çərçivələrdə təqdim olunmalıdır

Qaliblərin mükafatlandırılması:

1-ci yer    1000 AZN

2-ci yer    700   AZN

3-cü yer 300 AZN

 

Əsərlərin qəbulu həftə içi saat 10:00-dan 17:00-dək aşağıda qeyd olunan ünvanda həyata keçiriləcəkdir:

 

Bakı ş., Xətai r.,Babək pr, Ə.Quliyev 11/31, Babək Plaza, Blok B, 15-ci mərtəbə, AZ 1025

Əlaqə:E-mail:info@bse.az, Telefon:(+994 12) 488-05-80 (dax: 127), (050) 228-16-13


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment