1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azər Türk Bank “Aşağı Faiz Havası” kampaniyasına başladı
10.09.2018

Baki, FinanceTime. Müştərilərinin maliyyə ehtiyaclarının ödənilməsinə yardımçı olan, daima onlara ən əlverişli şərtlərlə kredit təklif edən dövlət bankı Azər Türk Bank 10 sentyabr tarixindən etibarən “Aşağı Faiz Havası” adlı növbəti kampaniyaya başlayır.

Kampaniyanın əsas məqsədi, kredit götürən müştərilərə, təklif edilən güzəştlərdən yararlanmaqla, ödəmələrini daha rahat və asan həyata keçirmələri üçün imkan yaratmaqdır. Bu kampaniya çərçivəsində “İstehlak” krediti əldə etmək istəyən müştərilərə bank tərəfindən güzəştlər təklif olunur. Belə ki, 12, 24 və 36 ay müddətinə rəsmiləşdirilən bu kreditlərin illik faiz dərəcəsinə 1% endirim tətbiq edilir. Məsələn, kampaniya ərzində 12 ay müddətinə götürülən kreditlər üzrə faizlər, adi halda olduğu kimi illik 19% deyil, 18%-lə hesablanacaqdır.

Bundan başqa, verilən kredit üzrə birinci ay müştəridən faiz ödənişi tələb edilmir. Kampaniyanın şərtlərinə uyğun olaraq, faizlər kredit verilən tarixdən bir ay sonra hesablanmağa başlayır və məbləğ aybaay bərabər hissələrlə ödənilir. Qeyd edək ki, birinci ay üzrə ödənilməyən faizin məbləği sonrakı ayların ödənişlərinin üzərinə əlavə edilmir.

Kampaniya sentyabr ayının 30-dək davam edəcək. Daha ətraflı məlumatı www.azerturkbank.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment