1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycan Xalça Muzeyinin direktoru beynəlxalq münsiflər heyətinə üzv seçilib
07.09.2018

Azərbaycan Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova avqust ayının 15-22 - də YUNESCO-nun qeyri-maddi mədəni irs üzrə eksperti, Mərkəzi Asiyanın Sənətkarlığa dəstək Assosiasiyasının yaradıcısı Dinara Çoçun Bayevanın dəvəti ilə ÖzbəkistanRespublikasının Buxara şəhərində keçirilən Ümumdünya Sənətkarlıq Şurasının (WWC) Keyfiyyət nişanının  təqdimat mərasimində iştirak edib. Tədbirdə Şirin Məlikova beynəlxalq münsiflər heyətinə üzv seçilib. Münsiflər heyətində, həmçinin Dinara Çoçunbayeva (Qırğızıstan), Edrik Onq (Malayziya), Aycan Bekkulova (Qazaxıstan) təmsil olunublar.

Sözügedən beynəlxalq tədbir haqqında danışan Şirin Məlikova bildirib ki, Ümumdünya Sənətkarlıq Şurasının (WWC) Keyfiyyət nişanına sahib olmaq üçün Mərkəzi Asiya ölkələri sənətkarlarının 100-dən artıq məmulatı təqdim olunub. “Bu mükafat yalnız ciddi seçim turundan keçmiş məmulatlara verilir. Onların arasında süzəni və güləbətin tikmələr, metal, keramik, ağac və lak məmulatları, zinət əşyaları, keçə nümunələri, ənənəvi geyim və eyni zamanda, ənənəvi texnikada işlənmiş müəllif aksessuarlar və geyimlər vardı. Ümumilikdə. 46 ədəd məmulata keyfiyyət nişanı verilib” - deyə muzeyin direktoru vurğulayıb.

Şirin Məlikovanın dediyinə görə, Orta Asiya ölkələrində el sənətlərinə ciddi bir maraq  yaranıb.  “Orta Asiyanın bütün ölkələrində qədim el sənətlərinə yenidən böyük maraq oyanır. Bu sənətlərə böyükdən kiçiyədək hər bir ailə üzvünü cəlb edirlər. Bu cəfakeş insanların əvəzsiz işi sayəsində yüzlərlə və minlərlə ailə özünü maddi cəhətdən təmin edir, bununla yanaşı, ölkənin iqtisadiyyatı inkişaf edir. Digər bir tərəfdən isə  bu, onların ölkələrinin mədəniyyətinin dünyada tanınmasını təşviq edir” – deyə Şirin Məlikova qeyd edib. 

Qeyd edək ki, keyfiyyət nişanı qazanmış sənətkarlar öz məmulatlarını yalnız ölkə daxilində deyil, həmçinin xaricdə də satmaq imkanını qazanırlar.

Şirin Məlikova səfər çərçivəsində bir sıra görüşlər də keçirib. O, Buxarada güləbətin tikmə fabrikini ziyarət edərək işin həcmi, istifadə olunan materiallar, tikmə texnikaları ilə tanış olub. Məlumat verilib ki, fabrikdə 40 tikməçi qadın işləyir. Bununla yanaşı, fabrik evdə işləyən qadınlarla da əməkdaşlıq edir. Ağır məxmər kimi parçalar əsasən Almaniyadan alınır. Ən böyük sifarişlər isə Rusiya və Qərbi Avropa ölkələri üçün hazırlanır.

Səfər zamanı Şirin Məlikova Özbəkistanın Gijduvan keramika məktəbinin görkəmli nümayəndəsi Abdullo Nazrullayevin Buxara yaxınlığındakı emalatxanasını ziyarət edib. Nəsillər boyunca Nazrullayevlər ailəsi bu sənət növü ilə məşğul olur. Hal-hazırda emalatxana nəzdində məmulatların çeşidindən ibarət qalereya və qədim keramika nümunələrinin toplandığı muzey fəaliyyət göstərir. Şirin Məlikova sözügedən müəssisənin gələcəkdə Azərbaycan Xalça Muzeyi ilə əməkdaşlığı çərçivəsində keramika və tikmə sənətinə həsr olunmuş birgə sərginin təşkilinin mümkünlüyünü bildirib.

Şirin Məlikova Səmərqənddə “Səmərqənd Buxara ipək xalçaları” adlı xalça fabrikinin müdiri Abdulaxad Badgisi ilə də görüşüb. Fabrikin müdiri iş metodları, personalın seçimi, boyama və toxuculuq üzrə tədris proqramları haqqında ətraflı məlumat verib. Şirin Məlikova  müəssisənin kolleksiyasında olan Azərbaycan xalçaları ilə tanış olub.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment