1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Unibank ilk Agile Məhsulunu Biznes müştərilərinə təqdim etdi!
06.09.2018

Baki, FinanceTime. Artıq Unibankın biznes müştəriləri ümumiyyətlə banka gəlmədən bir neçə dəqiqə ərzində kredit ala biləcəklər. Buna bankın biznes sahibləri üçün hazırladığı onlayn kreditləşmə xidməti imkan yaradır. Ölkə bazarında bir ilk olan bu məhsul, biznes müştərilərinə cəmi 15 dəqiqə ərzindədə banka gəlmədən kredit məbləğini hesaba köçürməyə imkan verir. Bu, Unibank Biznes müştəriləri üçün nəzərdə tutulan İnternet Bank proqramı vasitəsilə həyata keçirilir. Müştəri onlayn şəkildə minimal məlumatlarını – istədiyi kredit məbləğini, dövlət reyestrindən çıxarışı, təsisçi ərizə formasını və şəxsiyyət vəsiqəsini skan edilmiş formada əlavə edir, və cəmi 15 dəqiqə ərzində qiymətləndirmə əsasında kredit məbləği müştərinin hesabına otuzdurulur. Bu xidmət ödənişsizdir.

Korporativ – biznes müştərilərinin onlayn şəkildə cəmi 15 dəqiqə ərzində kreditləşməsi nəticəsində, biznes sahibləri artıq banka yaxınlaşmır, sənədləşmə prosesinə heç bir ehtiyac qalmır və müştəri dünyanın istənilən yerində Unibank İnternet Bank proqramı vasitəsilə bir neçə klikə onlayn kredit əldə edə bilir.

Qeyd edək ki, bu məhsul Unibankın bir müddət öncə başladığı Agile Scrum metodologiyası ilə təqdim etdiyi ilk məhsuldur. Agile Transformasiya çərçivəsində yaradılmış olan ilk skram komanda məhsulun hazırlanmasını sprintlərə (zaman aralıqlarına) bölərək, hər sprintin sonunda məhsulu qismən, sonda isə bütövlükdə müştərilərə təqdim edib. Nəticə olaraq, əvvəl minimum 4 aya görülən işi Agile Scrum metologiyası ilə Unibankın ilk skram komandası cəmi 1 aya bitirib. Bu, ölkənin bank bazarında həm məhsul olaraq, həm də Agile Trasformasiya üzrə bir ilkdir. Unibank bundan sonra da daha effektiv xidmət göstərmək məqsədilə Agile Skram komandaların sayını çoxaltmağı planlaşdırır.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment