1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Marketinq Sammit 2018 ”- Gün var Əsrə bərabər!
05.09.2018

Baki, FinanceTime.  Son illərdə ölkəmizdə marketinq, biznesin inkişafı, marketinq kommunikasiyaları sahəsində ciddi inkişafa, tendensiyaların surətli dəyişiminə şahid olmaqdayıq. Əlbəttə ki, bütün bu proseslər gözlənilən və eyni zamanda müasir bazar iqtisadiyyatının tələbi kimi də diqqətimizi çəkməkdədir. Hər il ölkədə ixrac potensialından düzgün istifadə etmək, dövlətin yaratmış olduğu şəraitdən səmərəli yararlanmaq və xarici bazarlarda sağlam mövqe tutmaq üçün müxtəlif təlim, seminar və digər tədbirlər keçirilməkdədir. Bu zaman nələrə diqqət etmək, hansı standartları tətbiq etmək lazımdır? Bundan başqa ixrac siyasətinin düzgün strateji planlamasının aparılması, marka siyasətinin daha doğru və sağlam qurulması kimi aktual mövzular da meydana gəlməkdədir. Təbii ki, iqtisadiyyatın inkişafında enerji, logistika, turizim, istehsalat kimi platformalar önəmli rol oynamaqdadır.

Məhz bu sahələrdə yaranmış olan problemlərə qlobal aspektdən yanaşmaq, sahibkarlar, iş adamlarına doğru xidmət göstərərək onların məlumatlandırılması ən vacib amillərdəndir. Bütün bunları nəzərə alaraq bu ilin Dekabr ayında COMUNİCAL şirkətinin təşkilatçılığı ilə “Marketinq Sammiti 2018- Gün var əsrə bərabər” tədbiri təşkil olunacaqdır. Sammitin Məqsədi qlobal marketinq ilə lokal marketinqi sintez edib Qlokal Effekt yaratmaq, dövlətin strateji yol xəritəsinin əsas cizgilərinə uyğun olaraq logistika, enerji, turizim sahəsində müasir trendlərə uyğun olaraq mövzuların və eyni zamanda «Made in Azerbaijan» brendinin formalaşdırılması imkanlarının müzakirəsinin aparılacaqdır. Tədbirdə spiker qismində Azərbaycandan, Türkiyədən, Gürcüstandan dəvət olunacaq mütəxəssislər regionun 3 dost ölkəsi arasında həyata keçirilən ticari əməkdaşlıqlardan, ölkələrdə tətbiq olunan dijital platformalardan söhbət açacaqlar.

Ölkəmizdə bri çox yerli və xarici şirkətlərlə marketinq, marketinq kommunikasiyaları, bazar araşdırması sahəsində əməkdaşlıq edən COMUNİCAL şirkətinin rəhbəri, marketinq kommunikasiyaları üzrə mütəxəssis Tural Abbaslı tədbirin təşkilaçısı olaraq öz fikirlərini bildirdi: “Təşkil olunacaq marketinq sammiti 2018 layihəsi müasir marketinq trendlərinin ölkəmizdə adaptasiyası üçün səmərəli olacağına əminəm. Məlumat üçün bildirim ki, sammit haqqında qərar 30 Mart 2018-ci il tarixində keçirilmiş iclasda təsdiq edilmiş CMSP 012 saylı protokola əsasən tənzimlənərək COMUNİCAL şirkətinə həvələ edilmiş və təşkilat komitəsinin sədri Easymark şirkətinin rəhbəri Eyyub Qarabağlı, digər üzvlər isə Seymur Quliyev və Qələndər Məmmədli olaraq qəbul olunmuşdur. Tədbirin təşkili istiqamətində hal –hazırda bizə müraciət etmiş potensial tərəfdaşlarla aparılan danışıqlardan sonra tərəfdaşlarımız və yol yoldaşlarımız haqqında da geniş məlumat veriləcək. Digər şirkət və ya müəssisələrin də bu barədə təkliflərini və fikirlərini daha operativ bildirmələri üçün təşkilat komitəsinin üzvləri ilə, info@comunical.az elektron ünvanından və ya 070 643 21 21 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur. Ümid edir və inanırıq ki, qarşıdakı illərdə Azərbaycanın biznes mühitində markalaşma, brend siyasəti, marketinq kommunikasiyaları istiqamətində yerli sahibkarlarımızla sinerji effektinə nail olaraq milli iqtisadiyyatımızın inkişafına hər zaman birlikdə tövhə verəcəyik”!


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment