1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Bakcell”dən 16 bölgənin sakinlərinə 5Gb PULSUZ 4G interneti
04.09.2018

 

Bu kampaniya Bakcell abunəçilərinə 4G şəbəkəsini sınaqdan keçirmək və yüksəksürətli internet təcrübəsindən yararlanmaq imkanı verəcək

Baki, FinanceTime. Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti ölkənin 16 bölgəsinin sakinlərinə 5 Giqabayt həcmində PULSUZ 4G interneti əldə etmək və telekommunikasiya bazarında ən müasir texnologiya və ən yüksək müştəri təcrübəsindən yararlanmaq fürsəti qazandırır.

İlin əvvəlindən görülmüş genişmiqyaslı işlər və yatırılmış iri həcmli investisiyalar nəticəsində Bakcell özünün 4G şəbəkəsinin əhatə dairəsini əhəmiyyətli dərəcədə genişləndirib. Bakcell şəbəkəsinin üstünlüyünü 4G xidməti ilə əhatə olunmuş bölgələrin əhalisinə əyani şəkildə təqdim etmək məqsədilə 16 şəhər və rayonda - Oğuz, Ağstafa, Şabran, Qazax, Siyəzən, Ucar, Zaqatala, Lənkəran, Salyan, Qax, Qəbələ, Yevlax, Cəlilabad, Şəki, Şirvan və Saatlıda yaşayan abunəçilərə 5 GB həcmində PULSUZ internetdən istifadə etmək imkanı verilib. 1 sentyabr-31 oktyabr tarixləri arasında keçiriləcək bu kampaniyada iştiraketmək üçün abunəçilər sadəcə telefonda *304#YES kodunu yiğmalı və cihazın ayarlarında 4G/LTE şəbəkəsini şeçməlidirlər.

Kampaniya zamanı təqdim olunan PULSUZ internet trafikindən istifadə etmək fürsəti hər abunəçiyə yalnız bir dəfə verilir.

Kampaniyadan yararlana bilmək üçün abunəçinin mobil cihazı 4G şəbəkəsini dəstəkləməli və 4G SİM-kartla təmin olunmalıdır. Qeyd edək ki, yuxarıda qeyd olunan bölgələrdə yaşayan Bakcell abunəçiləri yaşadıqları əraziyə yaxın olan Bakcell Müştəri Xidməti Mərkəzinə və ya “Bakcell”indiler dükanına yaxınlaşıb öz köhnə SİM kartını yeni 4G SİM-kartı ilə PULSUZ dəyişə bilərlər.

Həmin bölgələrdə yerləşən diler dükanlarının ünvanları aşağıdakı linkdədir:https://www.bakcell.com/az/free_5_gb_internet_on_4g_network

5GB həcmində PULSUZ internet yalnız “Bakcell”in 4G şəbəkəsində 30 gün ərzində istifadə oluna bilər. Həmçinin, hədiyyə 5GB paketi yalnız yuxarıda qeyd olunan rayon və şəhərlərin ərazisində istifadə oluna bilər. Pulsuz trafik başa çatandan sonra abunəçilər Bakcell şirkətinin qiyməti 5 AZN-dən başlayan sərfəli internet paketlərindən birini əldə edib ultra-yüksək sürət və ən yüksək keyfiyyətli müştəri təcrübəsindən yararlanmağa davam edə bilərlər. Təqdim olunan internet paketləri barədə ətraflı məlumat www.bakcell.com səhifəsindən və Bakcell şirkətinin Facebook və İnstagram sosial şəbəkələrindəki rəsmi səfihələrindən əldə oluna bilər.

4G texnologiyası mobil cihaz vasitəsilə həyata keçirilən yükləmə, video zəng, mobil televiziya və ya sosial şəbəkələrdən istifadə kimi əməliyyatların sürətini əhəmiyyətli dərəcədə yüksəltmək üçün yaradılmış dördüncü nəsil simsiz məlumatötürmə şəbəkəsidir. 4G əsasən daha sürətli, rahat və sabit texnologiya deməkdir. Bakcell şirkətinin qurduğu ən müasir 4G şəbəkəsi abunəçilərə öz smatrfonlarının ən maraqlı funksiyalarından tam şəkildə yararlanmaq imkanı verir. 2015-ci ildə Bakcell şirkəti özünün 4G şəbəkəsində ən son texnoloji yenilik olan LTE “AdvancedCarrierAggregation” (tezlik daşıyıcılarının birləşməsi) texnologiyasının tətbiqi sayəsində saniyədə 225 Meqabitə qədər olan sürətin dəstəklənməsini təmin edib.

Bakcell şirkətinin 4G xidməti artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 30-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir.7000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Bestin Test”).


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment