1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Unibank və Rabitəbank biznesi birgə kreditləşdirəcək
04.09.2018

Baki, FinanceTime. Rabitəbank və Unibank birgə sindikatlaşdırılmış kreditlər vermək haqqında qərar qəbul edib. Bununla bağlı bank rəhbərləri arasında birgə sindikatlaşdırılmış kreditlərin verilməsini nəzərdə tutan “Niyyət protokolu” imzalanıb.

Sindikatlaşdırılmış kredit adətən biznes müştərilərinə iki və daha artıq bank tərəfindən ayrılan kreditdir. Bu cür əməkdaşlıq nəticəsində hər iki bank öz biznes müştərilərinin ehtiyaclarını daha geniş həcmdə qarşılamaq iqtidarında olacaq. Bununla da müştərilər ücün daha böyük həcmli və daha uzun müddətli inkişaf planları həyata kecirmək imkanları yaradılacaq. Bu cür kreditlərin digər məqsədi böyük məbləğdə kredit vəsaitləri ilə bağlı risklərin iştirakçı banklar arasında bölüşdürülməsidir. Bu gün bazarda biznes sahiblərinin böyük həcmli kreditlərə tələbatını qarşılamaq üçün sindikatlaşdırılmış kreditlərə çox ehtiyac var. Bu baxımdan Unibank və Rabitəbank arasında bu istiqamətdə başlanan əməkdaşlıq həm biznes sahibləri, həm də bank sektorunda aktivliyin artması baxımından çox faydalı olacaq.

“Unibank” KB ASC İdarə Heyətinin sədri Faiq Hüseynov bu əməkdaşlığı yüksək qiymətləndirib: “Dünya bank bazarında geniş tətbiq olunan bu kredit məhsulunun ölkəmizdə də istifadəsini təcrübədən keçirən ilk banklar siyahısında olmaq çox xoşdur. Bu əməkdaşlıq bizə daha böyük biznes layihələrini birgə maliyyələşdirməyə, biznesin ehtiyac duyduğu böyük pullara tələbatın qarşılanmasına imkan yaradacaq. İnanıram ki, müstəqil Azərbaycan bankçılığında böyük təcrübəyə malik iki bank - Unibank və Rabitəbankın böyük biznes layihələrini dəstəkləməsi, bank sektorunda yeni trendlər yaradacaq.

Rabitəbank ASC İdarə Heyətinin sədri Elçin Qədimov da hesab edir ki, böyük məbləğdə kreditlərin ayrılması zamanı risklərin tərəfdaş banklar arasında bölüşdürülməsinə imkan verən sindikatlaşdırılmış kreditlər, ölkəmizdə böyük biznesin inkişafı istiqamətində daha bir töhfə olacaq: “Azərbaycanın zəngin bankçılıq ənənələrinə malik iki bankının bu əməkdaşlığı, bizneslər üçün iri həcmli maliyyə vəsaitlərini daha da əlçatan edəcək. Sindikatlaşdırımış kredit, sahibkar üçün daha böyük həcmdə layihələrin həyata kecirilməsi imkanlarının artması ilə yanaşı, ümumi iqtisadi inkişafa və məşğulluğun artmasına da dəstək olacaq.”

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment