1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azercell-dən fiziki məhdudiyyətli abunəçilərə xüsusi qayğı
03.09.2018

Şirkətin müştəri xidmətləri mərkəzlərində xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara növbəsiz xidmət göstərilir

Baki, FinanceTime. Cəmiyyətimizdə fiziki məhdudiyyətli insanların inteqrasiyasına və sosial reablitasiyasına dəstək olmaq məqsədilə çoxsaylı sosial layihələr reallaşdırmış Azercell Telekom bu sahədə daha bir xeyirxah və innovativ təşəbbüslə çıxış edir. Belə ki, Azercell-in Müştəri Xidmətləri mərkəzlərində əlillər üçün Q-matik aparatında xüsusi növbədən kənar düymə yerləşdirib. Şirkətin B.Bagırova 2 və Tağıyev 26A ünvanında yerləşən Müştəri Xidmətləri mərkəzlərinə müraciət edən xüsusi qayğıya ehtiyacı olan bütün əlil abunəçilər artıq bu imkandan yararlana bilirlər.Məlumat üçün deyək ki, B.Bagırova, 2 ünvanında yerləşən ofisdə bu yenilik artıq aprel ayından, Tağıyev 26A ünvanında yerləşən ofisdə isə iyun ayından tətbiq olunur və indiyə qədər 100-dən artıqfiziki məhdudiyyətliabunəçiyə xidmət göstərilib. Şirkət ilin sonuna qədər digər Müştəri Xidmətləri ofislərində də bu xidməti istifadəyə verəcək.

Qeyd edək ki, hazırda dünya əhalisinin təxminən 15 faizini fiziki məhdudiyyətli insanlar təşkil edir. Azərbaycanda isə 6 min nəfərə yaxın əlil, o cümlədən 72 min sağlamlıq imkanları məhdud uşaq qeydə alınıb. Azercell əlil uşaqların reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiya olunmasına yardım göstərmək məqsədilə 2014-cü ildən Uşaq Paralimpiya Komitəsinə dəstək verir. Eyni zamanda Mobil Gözvə Mobil Dİş Klinikaları vasitəsilə hər ay onlarla əlil vətəndaşlarımız pulsuz müayinə və müalicə edilir. Azercell-in 2013-cü ildə Böyük Vətən, Əfqanistan və Qarabağ müharibəsi iştirakçıları üçün yaratdığı Veteran tarifiisə 40 minə qədər abunəçiyə güzəştli rabitə xidmətindən yararlanmağa imkan verir.

Ölkənin lider mobil operatoru Azercell Telekom öz sosial məsuliyyət strategiyasında insan həyatının keyfiyyətinin artırılması, texnnologiyalar vastəsilə insan həyatının asanlaşdırılması prinsiplərini əsas tutaraq bu sahədə təşəbbüs və layihələrini davam etdirəcək.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment