1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Dövlət Turizm Agentliyinin dəstəyi ilə beynəlxalq layihəyə start verilib
31.08.2018

Baki, FinanceTime. 2018-ci ilin avqustunda sağlam və təmiz qida sahəsində dünya üzrə qlobal təşkilat olaraq fəaliyyət göstərən “Slou Fud”un (Slow Food) təşəbbüsü ilə “Azərbaycanda Böyük Qafqaz regionunun kənd ərazilərində dəyər zəncirinin yaradılmasının təkmilləşdirilməsi” adlı 3 illik layihəyə start verilib.

Layihə “Paşa Travel” şirkəti ilə əməkdaşlıq çərçivəsində Heyvanların müdafiəsi İctimai Birliyi və Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının tərəfdaşlığı, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyi və Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilir.

İlkin olaraq “Slou Fud” modellərinin tətbiq olunması üçün Şəki, Qəbələ, Şamaxı, İsmayıllı və Qax rayonları ərazisində həyata keçirilməsi planlaşdırılan layihə çərçivəsində yerli qida məhsullarının istehlakının təşviqi üzrə milli kampaniyanın, Azərbaycanda kənd təsərrüfatının inkişafı üzrə beynəlxalq kampaniyanın, Azərbaycan nümayəndə heyətinin “Slou Fud”un beynəlxlaq tədbirlərində iştirakının nəzərdə tutan tədbirlərin həyata keçirilməsi və nəzərdə tutulub.

Layihə aqro-biomüxtəliflik və mədəni irsin qorunması, yerli qastronomiyanın dəyərinin artırılması, əhalinin gəlirlərinin potensial davamlılığı ilə yanaşı turistik məhsulların inkişafı  kimi müxtəlif məsələləri əhatə edəcək.

Uzunmüddətli məqsədlər sırasına təbii ehtiyatların istifadəsinin optimallaşdırılması, işsizlik səviyyəsinin və kənd təsərrüfatı miqrasiyasının azaldılması, həmçinin ərazinin dayanıqlılığının artırılması daxildir. Lahiyənin həyata keçirilməsi ilə qida məhsulları istehsalının dinamik inkişafının təkcə kənd ərazilərində deyil, eyni zamanda kənd təsərrüfatı məhsullarının əsas satış bazarı olan şəhər mərkəzlərində də məşğulluğun artırılması və saxlanılmasıda müsbət rol oynayacağı planlaşdırılır. Həmçinin kənd ərazilərinin inkişafına yeni yanaşmaların tətbiq edilməsi Azərbaycan iqtisadiyyatının diversifikasiyalaşması üçün xüsusi əhəmiyyət kəsb edərək, sosial stabilliyin təmininə də dəstək vermiş olacaq.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment