1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azercell-in daha bir Eksklüziv mağazası abunəçilərin ixtiyarında
30.08.2018

 

Mağazanın açılışı münasibəti ilə kampaniyada iştirak edib 150 AZN hədiyyə balansı qazanmaq şansını əldən verməyin!

Baki, FinanceTime.  Azərbaycanın lider mobil operatoru “Azercell Telekom”MMC 4,5 milyonluq abunəçi ailəsi üçün yeniliklər təqdim etməyə davam edir. Yay fəsli boyu Bakıda və bölgələrdə bir-birinin ardınca yeni eksklüziv mağazalarını abunəçilərinin ixtiyarına verən şirkət bu dəfə Cavadxan küçəsi, 3005 ünvanında yeni konsepsiyasına uyğunnövbəti mağazanın açılışını edib. Eksklüziv mağazanın açılışı münasibəti ilə Azercell abunəçilərinə sərfəli kampaniya da təklif edir. Belə ki, yeni mağazadan Smartfon alan hər bir müştəri Azercell nömrəsinin balansına danışıq və internet istifadəsi üçün 150 AZN hədiyyə qazanacaq. Bir həftə ərzində keçərli olan kampaniya çərçivəsində hədiyyə olaraq təqdim olunan məbləğdən internet xidməti və şəbəkədaxili zənglər üçün istifadə etmək olar. Bundan əlavə mağazada müştərilərə təqdim olunan xüsusi kuponla istənilən aksesuarı 20% endirimlə əldə etmək də mümkündür.

Azercell-in təqdim etdiyi yeni konsepsiyalı mağazalar abunəçilərin rahatlığını təmin etmək, yüksək standartlara uyğun xidmət göstərmək üçün tələb olunan bütün şərait və ən müasir avadanlıqlarla təmin olunub. Mağazada abunəçilərə istədikləri məhsulu tədqiq və müqayisə edib seçməkdə peşəkar satış mütəxəssisləriyardım edəcəklər. Bütün yeni konsepsiyalı mağazalarda olduğu kimi, burada da şirkətin müştəri xidmətləri mərkəzlərində həyata keçirilən bir çox əməliyyatların icrası mümkündür. Həmçinin, abunəçilər gündəlik istifadələri üçün bir sıra yeni cihazlar (MiFi, USB modem və s.), müxtəlif aksessuarlar əldə edə, mobil telefonları kredit və nağd şəkildə ala bilərlər. Azercell-lilər həftənin bütün günləri fasiləsiz olaraq səhər saat 9:00-dan axşam 19:00-a qədər mağazaya müraciət edə bilərlər.

Qeyd edək ki, Azercell-in Eksklüziv mağazaları Bakı (Tbilisi pr., 44C, Bülbül pr., 5, Qara Qarayev pr., 3042, m. 52, Bəxtiyar Vahabzadə küç., 556/57), Xırdalan (Heydər Əliyev pr., Mehdi Hüseyin küç., 54), Mərdəkan (Mərdəkan qəs., S.Yesenin küç., 92/2, m.30), Xaçmaz (Nəriman Nərimanov küç., 40), Salyan şəhəri (Heydər Əliyev küç., 105), Quba (Heydər Əliyev pr., 194 və Qələbə küç., 12) , Sumqayıtda (11-ci Mkr., Koroğlu və Üzeyir Hacıbəyov küçələrinin kəsişməsi), Şamaxıda (Ağamirzəli Əhmədov küç., 1) və Bərdədə(İsmət Qayıbov küç., 8) ünvanında abunəçilərin ixtiyarına verilib.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment