Baki, FinanceTime. 24 Avqust 2018-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50101170S dövlət qeydiyyat nömrəli, 250 mln manat həcmində, 26 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 11 investor tərəfindən qiyməti 99.3899 AZN (8.5%) ilə 99.4251 AZN (8.01%) arasında olan 19 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 368115900 AZN olmuşdur.
AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.4251 AZN (8.01%) müəyyən edilmişdir. Hərrac nəticəsində yerləşdirilmiş istiqrazların orta çəkili qiyməti 99.4251 AZN (8.01%), istiqrazların yerləşdirilmiş həcmi isə 250 000 000 AZN təşkil etmişdir.
Notların ödəmə tarixi 19.09.2018.