Baki, FinanceTime. TuranBank Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edir və onlar üçün istehlak kreditlərinə 2% endirim elan edir. Aksiya avqustun 20-dən 29-dək davam edəcək.Göstərilən tarixlərdə TuranBankın bütün filiallarına müraciət edərək kreditləri endirimlə əldə etmək mümkündür
Əlavə məlumat üçün TuranBankın “935” Məlumat Mərkəzi müştərilərin ixtiyarındadır.
Bank hazırda müştərilərə manat və ABŞ dollarında sərfəli şərtləri ilə seçilən, müxtəlif məqsədlər üçün istehlak, biznes, lombard, peşə və ipoteka kreditlərini təklif edir.
Bankın 16 xidmət nöqtəsi (onlardan 9-u regionlarda: Gəncə, Sumqayıt, Ağstafa, Tovuz, Zaqatala, Xaçmaz, Cəlilabad, Ağcabədi və Qazaxda olmaqla) fəaliyyət göstərir.