1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“Atəşgah” Sığorta Qrupu ilk yarımillikdə 48 milyon sığorta haqqı toplayıb
14.08.2018

Baki, FinanceTime. Azərbaycan sığorta bazarının liderlərindən biri olan “Atəşgah” Sığorta Qrupu 2018-ci ilin ilk yarımilliyi üçün maliyyə hesabatını təqdim edib. Şirkətlərin 2018-ci ilin yanvar-iyun ayları ərzində topladığı sığorta haqlarının ümumi həcmi 48 milyon manat təşkil edib.

“Atəşgah” Sığorta Şirkətinin cari ilin ilk altı ayı ərzində sığorta haqlarının həcmi  19 840222  manat təşkil etməklə keçən ilin analoji dövrü ilə müqayisədə3 191 973 manat və ya 19% artmışdır. Sığorta ödənişlərinin həcmi isə 9 751 863 manat təşkil edib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə2 223 677 manat və ya 29% çoxdur.   

“Atəşgah” SŞ - nin 2018-ci ilinilk altı ayı ərzində ən çox ödəniş etdiyi sığorta növü avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası olmuşdur ki, bu sığorta növü üzrə ödənişin ümumi məbləği 5 529 190 manat təşkil etmişdir. Qeyd edək ki, bu rəqəm keçən ilin eyni dövrü ilə müqayisədə 6.2%artmışdır.

“Atəşgah” Sığorta Qrupuna daxil olan “Atəşgah Həyat” Sığorta Şirkətinin  sığorta haqları isə 2017-ci ilin ilk altı ayı ilə müqayisədə 77.22% artaraq 28 165 000  manat təşkil etmişdir.

Yüksək etibarlılıq imicinə sahib olan “Atəşgah” SŞ 1996-ci ildə yaranıb. 2003-cü ildə Azərbaycan sığorta şirkətləri arasında ilk olaraq İSO 9001:2000 beynəlxalq standartı üzrə idarəetmə sistemində keyfiyyətə nəzarət üzrə sertifikat almışdır. Şirkət 2014-cü ildən İcbari Sığorta Bürosunun üzvüdür.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment