1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


“Kaspersky Lab”mobil bank troyanların kəskin artmasını aşkar edib
10.08.2018

Baki, FinanceTime.   “Kaspersky Lab” 2018-ci ilin ikinci rübündə 61 mindən artıq quraşdırıcı mobil bank troyan paketini aşkar edib. Bu rəqəm əvvəlki rübün göstəricisini üç dəfədən çox üstələyir. Özü də, aşkar olunan troyanların böyük bir qismi zərərli “Hgwar”ilə, təqribən 5 mini isə “Agent” ilə bağlıdır.

Troyan şifrləyicilər adətən müxtəlif qanuni əlavələr adı altında yayılır. Sonra, bank əlavəsinin işə salınması zamanı zərərli proqram bu əlavənin interfeysi üzərindən şəxsi fişinq interfeysi çıxarıb, istifadəçinin daxil etdiyi məlumatı oğurlaya bilər.

“Kaspersky Lab”ın ekspertlərinin məlumatına əsasən, hesabat dövründə mobil bank troyanlarının hücumuna məruz qalan istifadəçilərin ən böyük payı olan ölkələrin ilk üçlüyünə ABŞ (0,79%), Rusiya, (0,7%) və Polşa (0,28%) daxil olub. Polşa əsasən “Agent” və “Marcher” troyanlarının fəal yayılması sayəsində doqquzuncu yerdən üçüncü yerə qalxıb.

"Kaspersky Lab" şirkətinin mütəxəssisləri güman edirlər ki, 2018-ci ilin ikinci rübündə qeydə alınan mobil bank troyanlarının rekord sayı məhz mobil qurğular üçün zərərli proqramların artmasını əks etdirən qlobal tendensiyanıtəsdiq edir.

"Ekspertlər tərəfindən qeydə alınan mobil bank troyanların sayı tarixi maksimuma çatıb. Zərərli proqramlar sayının sürətlə artması göstərir ki, kibercinayətkarlar daim sözügedən proqramların yeni modifikasiyalarını yaradıb, onların aşkar edilməsini daha mürəkkəb edirlər. Cinayətkarlar öz gəlirlərini artırmaq üçün müxtəlif üsullar işlədirlər. Mobil istifadəçiləri və ümumiyyətlə mobil sənayesi yaxın aylarda son dərəcə ehtiyatlı və sayıq olmalıdır ki, hələlik bu tendensiya davam etməkdədir“, – deyə, “Kaspersky Lab”ın antivirus eksperti Viktor Çebışev bildirib.

Mobil qurğuların zərərli proqramlardan yoluxma riskini azaltmaq üçün "Kaspersky Lab" bir neçə qaydalara əməl etməyi tövsiyə edir:

·         əlavələri yalnız rəsmi mağazalardan yükləyin;

·         əlavələrə verdiyiniz icazələri yoxlayın: əgər istənilən tələb proqramının əsas məqsədinə uyğun deyilsə sayıq olmaq lazımdır;

·         mobil cihazları kibertəhlükələrdən qorumaq üçün “Android” üçün “Kaspersky Internet Secrity” kimi etibarlı həllərdən istifadə edin;

·         naməlum şəxslərdən göndərilən (o cümlədən mesencerlərdə də) şübhəli linklərə keçməyin;

  • rutinqli (superistifadəçi hüquqlarına malik olan) qurğulardan istifadə etməyin – onlar kibercinayətkarlara sonsuz imkanlar verə bilər.

 

İnformasiya təhlükələrinin 2018-ci ilin ikinci rübündə inkişafı haqqında hesabatın tam versiyası ilə https://securelist.ru/it-threat-evolution-q2-2018-statistics/90919/ saytında tanış ola bilərsiniz.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment