Vəzifə: Proseslərin idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
· İnformatika, riyazi və ya iqtisadi sahədə ali təhsil;
· Sərbəst azərbaycan dili,orta səviyyədə rus və ingilis dili biliyi;
· Fərdi və komanda tərkibində işləmək qabiliyyəti;
· Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
· Biznes proseslərini təhlil etmə, qiymətləndirmə və modelləşdirmə bacarığına malik olmaq;
· Güclü ünsiyyət qurma bacarığı, MS Office – Excel bilikləri.
İŞİN TƏSVİRİ:
· Proseslərin, bankdaxili təlimat və qaydaların tətbiqi ilə əlaqədar xronometrajlar keçirmək;
· Bankdaxili təlimat və qaydaların hazırlanması işini təşkil etmək, struktur bölmələr arasında koordinasiyanı həyata keçirmək;
· Bankdaxili təlimat və qaydaların reyestrini hazırlamaq, monitorinqini həyata keçirmək;
· Proseslərin qiymətləndirilməsini, effektivliyinin ölçülməsini, layihələndirilməsini, monitorinqini və nəzarətini həyata keçirmək;
· Proseslərin təyin edilmiş ardıcıllığına əsasən iş və məsuliyyət bölgüsünün müəyyənləşdirilməsi və daxili qaydalarla tənzimlənməsini təmin etmək;
· Bankda yeni tətbiq olunacaq məhsul və xidmətlərlə bağlı struktur bölmələr tərəfindən daxil olan sifarişlər əsasında biznes proseslərini müəyyənləşdirmək, blok-sxemlərini hazırlamaq;
· Proseslərə sərf edilən zamanın azaldılmasını və çevikliyini, həmçinin proseslərin şəffaflığını təmin etmək;
· Proseslərdə keyfiyyətin qiymətləndirilməsi üçün indikatorlar müəyyən etmək, həmçinin keyfiyyətin səviyyəsini dəyərləndirmək;
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Proseslərin idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyinizi xahiş edirik.