1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


"AccessBank" nizamnamə kapitalını 140 mln. manat atrırır
31.07.2018

"AccessBank" 2018-ci ilin ilk yarımilliyinə dair maliyyə göstəricilərini açıqlayıb.

Baki, FinanceTime. Hesabat dövrünün sonuna bankın aktivlərinin həcmi 827,873 mln. manat təşkil edib ki, bu da birinci rübün sonu ilə müqayisədə 2,894 mln. manat çoxdur. Aktivlərin artımı əsasən kredit portfelinin böyüməsi hesabına baş verib. Belə ki, ilk rüblə müqayisədə "AccessBank"ın kredit portfeli 12,580 mln. manat artaraq 503,743 mln. manat təşkil edib.

Bankın depozit portfeli də ənənəvi şəkildə artım nümayiş etdirib. Bankda yerləşdirilən depozitlərin həcmi birinci rüblə müqayisədə 21,959 mln. manat artaraq 450,155 mln. manata çatıb. Bu isə müştərilərin banka olan yüksək etimadından xəbər verir.

İyun ayının sonuna "AccessBank"ın ani likvidlik əmsalı 93,03% təşkil edir ki, bu da minimal normativ tələbi 3 dəfədən çox üstələyir. Bu isə bankda kifayət qədər likvid vəsaitin olması deməkdir.

"AccessBank"ın İdarə Heyətinin sədri Anar Həsənov bildirib ki, ötən həftə baş tutan Səhmdarların Ümumi Yığıncağında bankın nizamnamə kapitalının 140 mln. manat məbləğində artırılması barədə qərar qəbul olunub. Onun sözlərinə görə,nizamnamə kapitalının artırılması banka yeni inkişaf mərhələsinə daxil olmaqüçün yaxşı imkanlaryaradır: "Mikromaliyyələşmə sahəsinin lideri olaraq mövqeyimizi nəinki qorumağı, hətta gücləndirməyi düşünürük.Bu məqsədə nail olmaq üçün bizimmaliyyə dayanıqlılığı, kadr potensialı və müştəri etibarı kimi zəruri resurslarımız var.Bazar payımızı gücləndirməklə yanaşı,biz xidmət səviyyəmizin artırılması üçün də lazımi addımlar atacağıq. Biz 2018-ci ilə olduqca pozitiv baxırıq və qarşıya qoyulan hədəflərə nail olacağımıza əminik".


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment