1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azercell-in 4G şəbəkəsi daha 5 bölgə boyu genişləndi
17.07.2018

Baki, FinanceTime. Keyfiyyətli və innovativ xidmətləriilə fərqlənən Azərbayanın lider mobil operatoru Azercell Telekom ölkəmiz boyu4G şəbəkəsini genişləndirməkdə davam edir.Şirkət daha 5 şəhərdə-Ağcabədi, Balakən, Qəbələ, Quba və Tovuzda 4G şəbəkəsini qurdu və bununla da yüksək sürətli mobil internet xidmətlərindən istifadəni ümumilikdə respublikanın 12 bölgəsində mümkün etdi. Xatırladaq ki, bundan öncə Azercell-in 4G xidmətləri Gəncə, Şirvan, Şəmkir, Bərdə, Lənkəran, Masallı və Cəlilabadda artıq mövcud idi. Eyni zamanda, Azercell Bakı və bölgələrdə4G stansiyalarının sayını 2018 ci il ərzində 2 dəfə artıraraqabunəçilərinə bu xidmətin üstünlüklərindən yararlanmaq imkanı verdi.Belə ki, təkcə bu ilin ilk 6 ayı ərzində toplam 113 olmaqla, Bakıda 26, Sumqayıtda 28, Abşeronda 12, Ağcabədidə 8, Balakəndə 7, Cəlilabadda 5, Masallıda 6, Qəbələdə 8, Qubada 7 və Tovuzda 6 LTE şəbəkəsi üzərində çalışan stansiya quraşdırılıb. Hazırda Azercell toplam 2826 2G, 2208 3G və 663 4G stansiyaları sayəsində bütün abunəçilərini yüksək keyfiyyətli mobil rabitə xidməti ilə təmin edir.

Qeyd edək ki, artıq 4G-ni dəstəkləyən həm Sim kartı, həm də mobil cihazı olan Azercell abunəçiləri Azercell müştəri xidmətləri mərkəzlərinə müraciət etmədən 4G xidmətindən yararlana biləcəklər. Bunun üçün abunəçinin istifadə etdiyi cihazda sadəcə 4G-ni seçməsi yetərilidir.

Azercell şirkəti bu ilin sonuna kimi 4G şəbəkəsinin coğrafiyasını Azərbaycanın əksər bölgələri və şəhərləri boyu genişləndirməyi planlaşdırır. Bu ilin sonuna kimi Bakı, Abşeron ərazisində daha 300 ədəd və bölgələrdə toplam 182 ədəd 4G stansiyasının qurulması nəzərdə tutulub.

Ölkədə 4G xidmətini ilk dəfə abunəçilərinə təqdim edən və Azərbaycanın bütün bölgələrini yüksək sürətli mobil internetlə təmin etməyi hədəfləyən Azercell-in 4G internet istifadəçilərinin sayı əvvəlki illərlə müqayisədə 3 dəfə artıb, mobil internetdən istifadə həcmi isə 50% çoxalıb.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment