1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Bank VTB (Azərbaycan) Azexport portalı ilə tərəfdaşlıq haqqında memorandum imzalayıb
06.07.2018

Baki, FinanceTime. 4 iyul 2018-ci il tarixində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində bank VTB (Azərbaycan) və Azexport.az portalı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb . Sənədi Bank VTB (Azərbaycan) -ın idarə heyətinin sədri Yevgeni Kirin və Azexport portalının rəhbəri Zaur Qardaşov imzalayıb.

Sənəddə VTB bankın təmsil olunduğu bir sıra ölkələrdə Azərbaycan sahibkarları üçün yeni ixrac maliyyəsi imkanlarının təqdim edilməsi, birgə tədbirlərin və konfransların, biznes missiyaların təşkili, eləcə də yeni sığorta, nəqliyyat və logistika imkanlarının təqdim edilməsi məsələlərinə dair tərəflər arasındakı əməkdaşlıq nəzərdə tutulur.

Azexport portalının rəhbəri Zaur Qardaşov yeni əməkdaşlığınAzexport portalının işinə böyük töhfə verəcəyini vurğulayıb : “Azərbaycanlı ixracatçılara dəstək olmaq məqsədilə Azexport, bank VTB (Azərbaycan) ilə birlikdə Rusiyanın ticarət şəbəkələri və digər potensial müştərilərinə mal göndərmək istəyən müəssisələri qısa müddətli maliyyə vəsaiti ilə təmin etmək niyyətindədir. İxracatçılar fasiləsiz təchizatı təmin etmək məqsədilə, göndərilən mallarının dəyərini bir neçə gün ərzində bank VTB vasitəsi ilə ala bilər”. 

«VTB (Azərbaycan) – 20-dən çox ölkədə fəaliyyət göstərən beynəlxalq maliyyə qrupun üzvüdür. Bankımızın əsas məqsədlərindən biri Azərbaycan biznesinə yeni bazarlara çıxışda yardım etməkdir. Əminəm ki, memorandumun imzalanması Azərbaycan-Rusiya ixracatçılarının maliyyə imkanlarını genişləndirməyə və sahibkarlıq fəaliyyətini stimullaşdırmağa imkan verəcək- deyə Bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Evgeni Kirin əlavə edib.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment