1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Bank of Baku dəstəyilə keçirilən “Azərbaycan Xalq Cümhuriyyəti və Təhsil” müsabiqəsinin qalibləri mükafatlandırıldı!
02.07.2018

Baki, FinanceTime. 28 iyun 2018-ci il tarixində, “Bank of Baku” və “Azərbaycan müəllimi” qəzetinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin müəllimləri arasında elan edilmiş “Azərbaycan Xalq Cümhuriyyəti və Təhsil” mövzusunda inşa müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi baş tutdu.

Tədbirdə Təhsil Nazirinin müavini Firudin Qurbanov, Bank of Baku ASC-nin İdarə Heyətinin Sədri Eldar Həmidov, münsiflər heyətinin üzvləri, qaliblər və KİV nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, yazı müsabiqəsinin keçirilməsində məqsəd Azərbaycan Xalq Cümhuriyyətinin əldə etdiyi uğurlar, Azərbaycanın dövlətçilik və müstəqillik tarixində oynadığı müstəsna rol, həyata keçirilən böyük islahatları göstərməkdir. Müsabiqənin Azərbaycan Xalq Cümhuriyyətinin təhsil sahəsindəki fəaliyyətinə həsr olunduğunu qeyd edən nazir müavini tədbirin ilk müstəqil respublikamızın bu sahədə atdığı addımların öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayaraq, qaliblərə təbrikini çatdırıb.

“Bank of Baku”nun İdarə Heyətinin sədri Eldar Həmidov Cümhuriyyət dəyərlərinin öyrənilməsi və təbliğ olunması baxımından müsabiqənin əhəmiyyətindən danışıb, qalibləri təbrik edib, Bankın Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində icra etdiyi onlarla layihələr arasında bu layihənin xüsusi yer tutduğunu, cəmiyyətimiz üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bank rəsmisi qurumun sosial yönümlü layihələrə hər zaman həvəslə maliyyə dəstəyi verdiyini də xüsusilə diqqətə çatdırıb.         

Qeyd edək ki, yazıların təqdim edilməsi üçün ayrılmış bir ay müddətində Təşkilat Komitəsinə 305 yazı daxil olub. Müsabiqəyə 47 şəhər və rayonun müəllimləri qatılıb. Seçimin nəticələrinə əsasən iki yazı I, iki yazı II, üç yazı III yerlərə layiq görülüb, 7 yazı həvəsləndirici mükafat alıb.

Tədbirin yekununda qaliblərə və münsiflər heyətinə “Bank of Baku”, “Təhsil Nazirliyi” və “Azərbaycan müəllimi” qəzeti tərəfindən diplom və pul mükafatı təqdim olunub.

 

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com  

www.facebook.com/bankofbaku

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment