1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


"AccessBank" və UNEC növbəti birgə layihəsinə yekun vurub
29.06.2018

"UNEC Business Conversation Club" layihəsinə yekun vurulub.

Baki, FinanceTime.  "AccessBank"ın təşkilati dəstəyi ilə reallaşdırılan layihə çərçivəsində UNEC-in "Maliyyə və mühasibat" fakültəsinin tələbələrinə 8 həftə ərzində IELTS mütəxəssislərinin təqdimatı ilə ingilis dilinin biznes istiqaməti tədris olunub. Həmçinin, bu müddət ərzində "AccessBank"ın mütəxəssisləri də "UNEC Business Conversation Club"un qonağı olub, tələbələr üçün təqdimat keçirib.

Tədbiri giriş sözü ilə açan "Maliyyə və mühasibat" fakültəsinin dekanı Gəray Musayev bildirib ki, UNEC və "AccessBank" arasında əməkdaşlıq və reallaşdırılan birgə layihələr öz bəhrəsini verir: "Məni sevindirir ki, tələbələr "UNEC Business Conversation Club" layihəsindən yeni biliklər əldə etdi. Bundan başqa, UNEC rəhbərliyi üçün önəmli məsələlərdən biri də odur ki, tələbələr yalnız məzun olmasın, həm də özlərinə uğurlu karyera qura bilsinlər. Maraqlıdır ki, bəzi tələbələrimiz artıq "AccessBank"ın diqqətini cəlb edə bilib. Layihənin effektivliyini və faydasını görəndən sonra "UNEC Business Conversation Club"un davamlı olmasını xahiş etmək istərdim".

"AccessBank"ın İdarə Heyəti sədrinin müavini/Baş maliyyə inzibatçısı Albrext Sabelus qeyd edib ki, ingilis dilinin biznes istiqamətinin öyrənilməsi tələbələr üçün olduqca vacibdir: "Mən şadam ki, "AccessBank" belə bir vacib layihəyə dəstək verir. Bilirsiniz ki, "AccessBank"ın komandasında kifayət qədər UNEC məzunu var. "UNEC Business Conversation Club"un iştirakçısı olanların bəziləri də gələcəkdə bizim komandamıza qoşula bilər. Bu baxımdan zamanın tələbi olan ingilis dilinə və onun biznes istiqamətinə yiyələnmək şərtdir. Çox məmnunam ki, tələbələr bu layihədən maksimum faydalandı və yeni biliklər əldə etdi".

UNEC-in Daxili audit şöbəsinin müdiri Hikmət Babayev də öz növbəsində "AccessBank"la təmsil etdiyi ali təhsil ocağının birgə reallaşdırdığı layihəni yüksək qiymətləndirib: "Mən də dəfələrlə təşkil olunan seminarlarda iştirak etmək fürsəti əldə etmişəm və əminliklə deyə bilərəm ki, bu layihə nəticəsində əldə olunan biliklər tələbələr üçün gələcəkdə də faydalı olacaq".

"AccessBank"ın Korporativ bankçılıq/Marketinq departamentinin direktoru Günay Cəlilova bildirib ki, bankla UNEC arasında mövcud olan əməkdaşlıq bu il daha da inkişaf edib: "İlin əvvəlindən bankımızın dəstəyi ilə UNEC-də bir neçə tədbir keçirilib və sevindiricidir ki, onların hamısı uğurlu olub. Layihə iştirakçılarının rəyləri onu deməyə əsas verir ki, "UNEC Business Conversation Club" da olduqca uğurlu oldu. Layihə çərçivəsində tələbələr üçün banka 2 günlük ekskursiya təşkil olunub və bankda iş prinsipi ilə tanışlıq zamanı bizə yay təcrübəsinin təşkil olunması ilə bağlı müraciətlər daxil olub. Biz bu müraciətlərə müsbət cavab verdik və hər birinizi bankda görməkdən olduqca məmnun olarıq. Bundan başqa, biz də düşünürük ki, "UNEC Business Conversation Club" davamlı olmalıdır və bunun üçün dəstək göstərməyə hazırıq".

Çıxışılardan sonra bəzi tələbələr də layihə barədə öz təəssüratlarını bölüşdü.

Yekunda seminarı müvəffəqiyyətlə bitirən tələbələr sertifikatla, ən fəal iştirakçılar isə bank tərəfindən hədiyyələrlə mükafatlandırılıb.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment