1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Nar” korporativ müştərilərlə görüş keçirib
29.06.2018

Baki, FinanceTime. İyun ayının 22-də “Nar” operatoru özünün korporativ müştəriləri ilə görüş keçirib. 249 şirkət nümayəndəsinin dəvət edildiyi görüşün keçirilməsində əsas məqsəd korporativ müştərilərə mobil operatorun yeni imkanları barədə məlumatın verilməsi və əlaqələrin gücləndirilməsindən ibarət idi. Qeyd edək ki, görüşdə “Nar” ilə əməkdaşlıq edən şirkətlərlə yanaşı, mobil operatorun abunəçisi olmaları üçün hazırda danışıqlar aparılan şirkətlərin nümayəndələri də iştirak edirdilər. Bakı şəhərindəki “28 Mall” alış-veriş mərkəzində yerləşən “Cinema Plus” kinoteatrında baş tutan görüşdən sonra qonaqlar “Nar” zalında təqdim edilən “Ouşenin 8 rəfiqəsi” filminin nümayişinə dəvət edildilər.

Biznes tərəfdaşlarının sayını ildən-ilə sürətlə artıran “Nar” artıq daha sərfəli şərtlərlə əməkdaşlıq təklif edir. Xatırladaq ki, mobil operator biznes üçün nəzərdə tutulmuş tarif planlarının tərkibində olan bonusları da artırıb. Şəbəkədaxili və şəbəkəxarici danışıq dəqiqələrinin, həmçinin beynəlxalq zənglərin həcmi tarifdən asılı olaraq 25%-dən 85%-dək artırılıb. Daha bir yenilik korporativ tarif planlarına şirkətdaxili limitsiz danışıq dəqiqələrinin əlavə edilməsidir. Sözügedən tariflər aylıq 8 AZN-dən başlayan abunə haqqı ilə təklif olunur.

Korporativ tarif planlarına qoşulan abunəçilər istər səsli xidmətlər, istərsə də mobil internet üçün sərfəli tariflərdən yararlanmaqla yanaşı, 24/7 rejimində çalışan xüsusi müştəri xidmətlərindən və yüksəkkeyfiyyətli mobil şəbəkədən də istifadə edirlər.

Korporativ tərəfdaşlıq üçün 789 telefon nömrəsi və ya business-nar@azerfon.az elektron poçt ünvanı vasitəsilə əlaqə saxlamaq olar. Təkliflərdən yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və ya fiziki şəxslər yararlana bilərlər.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment