1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


PAŞA Sığorta şirkəti əhalini sığortalanarkən diqqətli olmağa çağırır
27.06.2018

Baki, FinanceTime. PAŞA Sığorta şirkəti sığorta agentlərindən avtomobilin icbari sığorta şəhadətnaməsini əldə edənləri diqqətli və ehtiyatlı olmağa səsləyir.

Belə ki, son zamanlar bununla əlaqədar sığorta bazarında bir neçə dələduzluq halları aşkarlanıb. Bir sıra şəxslər özlərini sığorta şirkətlərinin agentləri və ya satış əməkdaşları kimi təqdim edərək qüvvəyə minməyənicbari avtomobil sığortası şəhadətnamələri satmağa başlayıblar. Onlar müştəridən sığorta haqqını alıb sığorta şəhadətnaməsini aktivləşdirmirlərki, bu da müştərinin avtomobilinin icbari sığortası olmadığı üçün DYP tərəfindən cərimələnməsi, sığorta hadisəsi baş verdikdə isə xoşagəlməz halla qarşılaşması ilə nəticələnə bilər. Bundan əlavə bəzi agentlərin PAŞA Sığorta adından istifadə edərək müştərilərə avtomobilin icbari sığorta şəhadətnaməsi satmağı, lakin yekunda fərqli şirkətin sığorta şəhadətnaməsini təqdim etməsi halları da qeydə alınıb. 

Qeyd olunan xoşagəlməz hallardan qorunmaq üçün PAŞA Sığorta şirkəti müştərilərə sığorta agentlərindən avtomobilin icbari sığortasını əldə edən zaman bir neçə məqama diqqət yetirməyi tövsiyə edir:

-         İcbari Sığorta Bürosunun 9707 SMS xidməti tərəfindən sizin mobil nömrənizə göndərilən sığorta haqqı və ödəniş kodunun əks olunduğu mesajda sığortaçının hansı şirkət olduğuna diqqət yetirin.

-         Ödəniş etdiyiniz icbari avtomobil sığortası şəhadətnaməsi agent tərəfindənaktivləşdirildikdəİcbari Sığorta Bürosunun 9707 SMS xidməti tərəfindən sizin mobil nömrənizə ödənişin həyata keçdiyi və bununla da sığortanızın aktivləşdiyi barədə təsdiq məlumatı gəlməlidir.Belə bir məzmunlu mesaj almadığınız təqdirdə sizin sığortanız qüvvəyə minmir.

Qeyd edilən məsələlərlə bağlı şübhəli və ya sual doğuran hallarla rastlaşdığınız təqdirdə PAŞA Sığorta şirkətinin *7000 sığorta məsləhətləri xəttinə məlumat verməyiniz xahiş olunur.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment