1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


"ASAN xidmət"in nümayəndə heyətinin BMT Dövlət Xidmətləri Forumunda iştirakı davam edir
25.06.2018

Baki, FinanceTime. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin başçılıq etdiyi nümayəndə heyətinin BMT Dövlət Xidmətləri Forumunda iştirakı davam edir.

Forum çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Afrika Birləşmiş Şəhərlər və Yerli Hökumət Təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumun məqsədi Afrika şəhər və yerli hökumət orqanlarında yüksək keyfiyyətli xidmətlərin göstərilməsi məqsədilə insan resurslarını gücləndirmək, yerli idarəetmə orqanlarını dövlət xidmətlərinin göstərilməsi sahəsində “ASAN xidmət” təcrübəsi əsasında daha mükəmməl formada təşkilatlandırmaqdır.

Həmçinin nümayəndə heyəti Afrika Birləşmiş Şəhərlər və Yerli Hökumət Təşkilatının (UCLG-Afrika) baş katibi Jan Pier Elonq Mbassi, Monteneqronun dövlət idarəçiliyi naziri Suzana Pribiloviç, Uqandanın dövlət xidmətləri naziri Vilson Muruli Mukasa və BMT-nin İqtisadi və Sosial Məsələr üzrə Departamentinin Dövlət Xidmətləri İnnovasiyaları bölməsinin rəhbəri Con Mari Kauzya ilə gələcək əməkdaşlıq, birgə fəaliyyət üzrə konkret layihələrin müzakirəsinə həsr olunmuş görüşlər keçirib.

Forum çərçivəsində “Fəaliyyətə keçməyin vaxtıdır: Hansı fəaliyyətlər, hansı alətlər, hansı vasitələr” mövzusunda “UCLG Afrika” təşkilatı tərəfindən təşkil olunan paneldə “ASAN xidmət” barədə təqdimat edilib. Təqdimatda “ASAN xidmət” təcrübəsinin həm şəffaflığın tətbiqi və korrupsiya ilə mübarizə, həm də səmərəli və keyfiyyətli dövlət xidmətlərinin göstərilməsi baxımından unikal bir mexanizm olduğu ayrı-ayrı nümunələrlə, qabaqcıl idarəetmə

prinsiplərinin kontekstində diqqətə çatdırılıb. İnteraktiv müzakirələrlə davam edən paneldə Afrika nümayəndələri “ASAN xidmət” təcrübəsinin dünyanın müxtəlif regionlarında, xüsusilə də Afrikada tətbiqinin üstünlüyü və zəruriliyi ilə bağlı fikirlər səsləndirib, şərhlər qeyd ediblər.

Forum builki qaliblərin BMT Dövlət Xidmətləri mükafatı ilə təltif edilmə mərasimi ilə öz işini başa çatdırıb.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment