1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


İdeal qarderobu necə təşkil etmək?
21.06.2018

Bu günlərdə “Excelsior Hotel & Spa Baku” otelinin təşkilatçılığı ilə “Baku Fashion Club”-ın növbəti tədbiri keçirilib. Klubun təşkilatçısı Lyubov Quturova Poyraz, koordinasiyaçı Rinara Şəmsiyeva qonaqları açıq hovuzun kənarında toplayaraq açıq havada moda ilə bağlı müzakirələr aparmaqüçün şərait yaradıblar.Bakının yay axşamında“İdeal qarderob necə təşkil olunmalıdır?” mövzusu klub üzvləri arasında ətraflı müzakirə olunub.
“Baku Fashion Club” yarandığı gündən öz ətrafında moda sahəsinin peşəkarlarını, ekspertlərini və həvəskarlarını toplayaraq daim müxtəlif mövzularda müzakirələr aparır. Tədbirin ənənəvi olaraq canlı yayım edilməsi tədbirə gələ bilməyənlərə uzaq məsafədən çıxışçılara qulaq asmaq imkanı verir. Qeyd edək ki, müzakirə olunan mövzu öz aktuallığına görə bütün dövrlər üçün çox mühümdür.Stilist və geyim alışı üzrə məsləhətçi Səbibə Əsəd qeyd edib ki,  geyimseçimində ən çətin vəziyyət dolu qarderobun qarşısında dayanaraq uyğun geyimi tapa bilməməkdir.Səbinə Əsəd çıxışında ideal qarderobun necə olması və nədən təşkil edilməsi haqda ətraflı məlumat verib. 

Bloqqer Aysel Mirzəyeva çıxışını işgüzar stilin və görünüşün yaradılması mövzunda edib. Aysel Mirziyeva qeyd edib ki, müsahibələrə və ya işgüzar görüşlərə getdikdə nə geyinilməsi haqda hər birimiz düşünmüşük. Qarderoba diqqətlə yanaşdıqda, geyimlər düzgün seçildikdə və əvvəlcədən geyimlərin imkanlarını düşündükdə, qarderob dolu olmadığı halda belə yeni görünüş ilə trenddə olmaq mümkündür.

Bloqqer Nigar Kərimova çıxışında qeyd etdi ki, rənglər düzgün seçilmədikdə ən gözəl qarderob belə görkəmsiz görünə bilər. Geyim rənglərinin düzgün uyğunlaşdırılması ilk dəfə olduğunuz yerdə qısa müddət ərzində düzgün təəssüratın, işgüzar əlaqələrin yaradılmasında, və gələcək işlərin gedişatında mühüm rol oynayır. İdeal qarderobun seçimi o qədər də çətin deyil. Rəqəmsal texnologiyalar əsrində internet resursların geniş imkanlarından istifadə edərək, evdən çıxmadan ideal görkəmi yaratmaq mümkündür.

Geyim istehsalı ilə məşğul olan “Tom Still” Azərbaycan brendinin nümayəndəsi Emiliya Sadıxova bildirib ki, fotosessiyalara hazırlaşdıqda, onlar düzgün görünüş modellərini yaratmağa   çalışırlar və müştərilər bu geyim obrazlarından istifadə edə bilərlər. Bununla da  ideal qarderobun yaradılması yolunu qısa etmək olar.

Həmçinin, çıxışçılar iştirakçıların   və canlı yayımda izləyənlərin suallarını cavablandırıblar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment