1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


AccessBank-ın beynəlxalq əlaqələri UNEC tələbələri tərəfindən maraqla qarşılanıb
20.06.2018

Baki, FinanceTime. AccessBank-ın dəstəyi ilə reallaşdırılan "UNEC Conversation Club" layihəsi uğurla davam etdirilir. Tələbələrə ingilis dilinin biznes istiqamətinin tədrisini nəzərdə tutan layihə çərçivəsində AccessBank-ın Beynəlxalq əlaqələr departamentinin direktoru Fəridə Pirverdiyeva "UNEC Conversation Club" iştirakçılarına öz sahəsinə dair bankda gedən proseslərdən danışıb və onların suallarını cavablandırıb.

Departament direktoru AccessBank ilə beynəlxalq maliyyə institutları, reytinq təşkilatları ilə əməkdaşlıqdan danışıb. "Digər sahələr kimi, beynəlxalq əlaqələr də bankımız üçün olduqca mühümdür. Bilirsiniz ki, AccessBank 100% xarici kapitallı bankdır və bu baxımdan beynəlxalq əlaqələr departamentinin işi həcmini təsəvvür etmək çətin deyil. İldən-ilə biz beynəlxalq münasibətlərimizi genişləndiririk, xarici tərəfdaşlarımızın sayını artırırq. Təbii ki, bunun kökündə AccessBank-ın etibarlı, Avropa standartlarına uyğun fəaliyyət göstərən bank olmasıdır. Digər tərəfdən, sözsüz ki, beynəlxalq tərəfdaşlarımızın sayının artması AccessBank-a da çox böyük fayda verir, imicimizə müsbət təsir edir", - deyə F. Pirverdiyeva qeyd edib.

Bankların beynəlxalq əlaqələrinin qurulması və inkişaf etdirilməsi tələbələr tərəfindən maraqla qarşılanıb. Layihə iştirakçıları keçirilən görüşdən yeni biliklər əldə etdiklərini bildirdilər. Bununla yanaşı, UNEC tələbələri bu mövzuda daha bir seminarın təşkil olunmasını təklif etdilər.

Qeyd edək ki, AccessBank-ın dəstəyi ilə start götürən "UNEC Business Conversation Club" layihəsi çərçivəsində tələbələr ingilis dilinin biznes istiqamətini öyrənir. Seminarı müvəffəqiyyətlə bitirən tələbələr bank tərəfindən mükafatlandırılacaq.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment