1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Unibank Mobile Azərbaycanın ən yaxşı mobil əlavəsi seçilib
11.06.2018

Baki, FinanceTime. Unibankın mobil bank əlavəsi 2018-ci ilin mobil əlavəsi seçilib. Unibank Mobile səsvermənin və münsiflərin dəyərləndirməsində yüksək göstərici əldə edərək, ən yaxşı mobil əlavə kimi NETTY2018 Azərbaycanın Milli internet mükafatını alıb.

Unibankın mobil əlavəsi əhalinin ən çox məlumatlı olduğu və yüklənən mobil bank əlavəsidir. “Business Insight International Research Group” tərəfindən mart-aprel aylarında mindən çox respondent arasında keçirilən sorğuya əsasən, ölkə banklarının mobil əlavələri içərisində Unibank Mobile istifadə səviyyəsinə görə 1-ci yerdədir.

Xatırladaq ki,  Unibank Mobile son illərdə beynəlxalq monitorinq şirkətləri tərəfindən də MDB-nin ən mükəmməl mobil tətbiqlərindənhesab edirlərək, Azərbaycanın ən yaxşı mobil bank əlavəsi seçilib. 2017-ci ildə nüfuzlu “Markswebb” agentliyi MDB banklarının “Mobile banking” xidmətləri üzrə hazırladığı reytinqdə Azərbaycanın ən yaxşı mobil bankı olaraq “Unibank” KB-nı seçilib. Unibank Mobile 2016-cı il üçün də MDB məkanında ən yaxşı mobil əlavələrdən biri hesab olunub. “Deloitte & Touche LLC” şirkətinin araşdırması nəticəsində, Azərbaycan bank sistemində ən qabaqcıl mobil bankinq xidmətinin,  məhz Unibank Mobile olduğu açıqlanıb.

Unibank Mobile istifadəçilərinin sayı hazırda 150.000-i keçib. Unibank Mobile, Unibank müştərisinin əksər bank məhsul və xidmətlərindən öz telefonunda istifadə etmək imkanının yaradılmasını məqsəd qoyub. Qoşulması çox asan olan Unibank Mobile, bankın müştərisini təhlükəsiz, sürətli və rahat bank xidmətləri ilə təmin edir.

İndi ölkədə fəaliyyət göstərən istənilən bankın kartına sahib olan şəxslər Unibank Mobile əlavəsi ilə bank xidmətlərindən faydalana bilirlər. Sizin əmək haqqı kartınız Unibankda deyil, başqa bankda olsa belə, bank xidmətlərindən elə olduğunuz yerdə, öz telefonunuzda istifadə edə bilərsiniz. Bunun üçün sadəcə telefonunuza Unibank Mobile mobil əlavəsini yükləməyiniz və maaş kartınızı ora əlavə etməyiniz kifayətdir. Mobil əlavənin “digər bankın kartını əlavə etmək” bölümünə digər bank kartınızı (əmək haqqı, kredit və ya debet kartınızı) daxil edin, 24/7 bank xidmətlərindən faydalanın!

Unibank Mobile İOS və Android platformalarında işləyir. Öz smartfonunuza və planşetinizə Unibankın mobil bank xidmətini bu linkindən http://onelink.to/ffdbwf    yükləyə bilərsiniz.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Unibank Mobile- bankdan daha yaxın!

Unibank-hər kəsin bankı!


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment