1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“Paşa Sığorta”dan bütün dünyanı əhatə edəcək yeni məhsul
08.06.2018

Şirkət Azərbaycanda ilk dəfə beynəlxalq tibbi sığorta məhsulu təqdim edir

Baki, FinanceTime.  “PAŞA Sığorta” Azərbaycan sığorta bazarı üçün yenilik olan və maksimum dərəcədə geniş sığorta təminatı verən beynəlxalq tibbi sığorta məhsulunu təqdim edir. Şirkət bununla əlaqədar olaraq iyunun 8-də 200 nəfər qonaq və media nümayəndəsi üçün təqdimat mərasimi keçirib.

Tədbirdə “PAŞA Sığorta” şirkətinin İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova, Marketinq və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Nuranə Teymurova, şirkətin bu məhsul üzrə əməkdaşlıq etdiyi xarici tərəfdaşları “Crossborder Health Partners” və “Global Benefits Group” şirkətlərinin nümayəndələri, “Acıbadem” xəstəxanalar şəbəkəsinin ümumi cərrahiyə üzrə dosenti Doç.Dr.Tamer Karşıdağ və həkim-psixiatr Həlimə Qəmərlinskaya çıxış etmişdir. 

Daim müştəri istəklərini fəaliyyətinin əsas meyarı tutan “PAŞA Sığorta” xarici ölkələrin xəstəxanalarında keçərli beynəlxalq tibbi sığorta məhsulunu 2 növdə təklif edir –“Sərhədsiz Səhhət”“Tibbi Sığorta: Acıbadem”.Bu məhsulların bazara təqdim olunma ideyası da məhz müştərilərdən daxil olan çoxsaylı sorğulara əsasən yaranmışdır. Hər bir sığorta məhsulu iki paketdən ibarətdir. “Sərhədsiz Səhhət” paketləri bütün dünya üzrə ərazilərə bölünür.

“Sərhədsiz Səhhət” - dünyanın dörd bir yanında keçərli beynəlxalq tibbi sığorta məhsuludur və hər bir ərazi bölgüsü daxilində“Advantage” və “Advantage Plus” tibbi sığorta paketlərini seçmək imkanı verir: 1-сi ərazi - bütün dünya; 2-ci ərazi - Şimali Amerika istisna olmaqla, bütün dünya; 3-cü ərazi Şimali Amerika, Çin, Böyük Britaniya, Honq Konq, Sinqapur və İsveçrə istisna olmaqla, bütün dünya; 4-cü ərazi - Şimali Amerika, Çin, Böyük Britaniya, Honq Konq. Sinqapur, İsveçrə, Avstraliya, Braziliya, Çili, Meksika, və Tayland istisna olmaqla bütün dünya.

 “Tibbi Sığorta: Acıbadem” Bu tibbi sığorta məhsulu 2 paketdən ibarətdir. “Crystal” və “Diamond”.Crystal” tibbi sığorta paketi maksimum 80 000 ABŞ dolları,“Diamond” tibbi sığorta paketi isə maksimum 500 000 ABŞ dolları sığorta təminatına malikdir.

Qeyd olunan məhsulların təminatına xarici xəstəxanalarda check-up müayinə, hamiləlik, xroniki və onkoloji xəstəliklərkimi mühüm xidmətlər daxildir.

Tədbirdə çıxış edən “PAŞA Sığorta” şirkətinin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova bildirib: “Azərbaycanın ən böyük sığorta şirkəti olaraq biz hər zaman müştərilərimizə yalnız ən yaxşı həlləri təqdim edirik. Məhz buna görə biz beynəlxalq sağlamlıq sığortası üzrə böyük təcrübəyə malik olan “Cross Border Health Partners” və “Global Benefits Group”u partnyor şirkətlər kimi seçmişik. Biz çox şadıq ki, öz müştərilərimizə təkcə Azərbaycanda yox, həmçinin bütün dünyada yüksək səviyyəli tibbi sığorta üzrə xidmət təklif edə bilirik”

Qeyd edək ki, sığorta paketlərinin qiymətləri müraciət edən şəxsin yaşına, sağlamlıq tarixçəsinə görə dəyişir. Həmçinin fərdi, qrup, korporativ şəkildə müraciət edərək bu məhsulları  xüsusi şərtlərlə əldə edə bilərsiniz.

“PAŞA Sığorta” şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment