1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


PAŞA Sığorta “Karyera üçün Təhsil” layihəsi çərçivəsində regionlarda təlimlər təşkil edib
07.06.2018

Baki, FinanceTime. PAŞA Sığortanın təşəbbüsü, “Junior Achievement Azərbaycan” (JA Azərbaycan) İB-nin təşkilatçılığı və PAŞA Holding-in dəstəyi ilə Göyçay və Şəkidə “Karyera üçün Təhsil” layihəsi çərçivəsində “Sığorta işinin əsasları” adlı silsilə təlimlər təşkil olunub.

PAŞA Sığorta şirkətinin əməkdaşları tərəfindən keçirilən təlim məşğələlərində iştirakçılar sığortanın əsas anlayışları, sığorta bazarının strukturu və şirkətin fəaliyyət xüsusiyyətləri ilə yaxından tanış olublar. Təlim zamanıtələbələr müxtəlif praktiki tapşırıqlar vasitəsilə sığorta məhsullarının növləri, onların xüsusiyyətləri və ümumilikdə sığortanın iş prinsipləri barədə biliklərəyiyələniblər. Təlimlər zamanı vurğulanıb ki, bu tipli tədbirlərin başlıca məqsədi regionlarda sığorta maarifləndirilməsini həyata keçirmək, o cümlədən gələcəkdə sığorta sahəsi üzrə gənc kadrların yetişdirilməsinə töhfə verməkdir.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub və fəallığı ilə fərqlənən gənclər PAŞA Sığortadan xüsusi hədiyyə ilə təltif ediliblər.

Qeyd edək ki, 2017-2018-ci tədris ilini əhatə edən “Karyera üçün Təhsil” layihəsi Göyçay və Şəki regionları üzrə peşə məktəblərində təhsil alan, ümumi təhsil pilləsindən sonra təhsilini davam etdirməyən və ya işsiz olan 17-29 yaş arası 200 gənci əhatə edir. Təqdirəlayiqdir ki, layihə iştirakçılarına peşəkar inkişaf təlimləri ilə yanaşı turizm, kənd təsərrüfatı, marketinq, satış və digər sahələr üzrə peşə yönümlü dərslər də keçilir. PAŞA Sığortanın təşəbbüsü, JA Azərbaycan İB-nin təşkilatçılığı və PAŞA Holding-in dəstəyi ilə reallaşdırılan, gənclərin bilik və bacarıqlarını, məşğulluq imkanlarını artırmağı qarşısına məqsəd qoyan “Karyera üçün Təhsil” layihəsi peşəkar bacarıqların, maliyyə savadlılığının və sahibkarlıq biliklərinin artırılması istiqamətində təlimlər vasitəsi ilə gəncləri gələcək karyeralarında uğur qazanmaları üçün istiqamətləndirir.

PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” korporativ və fərdi müştərilərə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment