1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Azərbaycanın həyat sığortası xidmətləri üzrə ixtisaslaşmış şirkəti olan “Qala Həyat” Sığorta Şirkəti ASC-də yeni təyinat olub
30.05.2018

Baki, FinanceTime. Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən verilən məlumata görə, səmhdarların müvafiq qərarı ilə Amil Cəlilov “Qala Həyat”ın Satış Departamentinin müdiri vəzifəsinə təyin edilib.

A.Cəlilov yeni vəzifəyə təyinat alana qədər “Qala Həyat” Sığorta Şirkəti ASC-nin Bakı şəhəri üzrə satış şöbəsinin müdiri vəzifəsini icra edib.

Qeyd edək ki, A.Cəlilov biznesin təşkili və idarəedilməsi ixtisası üzrə ali təhsil alıb. A.Cəlilov Azərbaycan sığorta bazarında satış üzrə peşəkar sığortaçı kimi tanınır və maliyyə sektotunda 10 ildən çox təcrübəyə malikdir. O, Azərbaycanda fəaliyyət göstərən bir çox tanınmış şirkətlərdə peşəkar satış mütəxəssisindən başlayaraq, baş mütəxəssis, koordinator və şöbə müdiri vəzifəsinədək yüksəlib.

Xatırladaq ki, Azərbaycan sığorta bazarının lokomotivlərindən sayılan “Qala Həyat” Sığorta Şirkəti 2011-ci ildən fəaliyyət göstərir. Şirkətin əsas səhmdarı ölkənin ən iri sığorta qurumu olan “AzRe Təkrarsığorta” şirkətidir. Cari ilin may ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 12,870 mln. manat təşkil edib.

Şirkət müştərilərə qanunvericliklə nəzərdə tutulmuş həyat sığortasının bütün növləri üzrə, o cümlədən “İpoteka krediti üzrə borcalanın həyat sığortası”, “Kapital proqramı üzrə həyat sığortası”, “Zərərsiz və İtkisiz sığorta”, “Bədbəxt hadisələrdən sığorta”, “Həyatın sağalmaz xəstəliklərdən sığortası”, “Uşaqların xeyrinə yığım sığortası” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta”sı üzrə xidmətlər göstərir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment