1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Azərbaycan Sığortaçılar Assosiasiyasında Vasitəçilər komitəsinin ilk görüşü baş tutub
24.05.2018

Baki, FinanceTime.  Azərbaycan Sığortaçılar Assosiasiyasının (Birlik) təşkilatçılığı ilə Birlik nəzdində yaradılan Vasitəçilər komitəsinin ilk görüşü baş tutub. Görüşdə Birliyin sədri Mustafa Abbasbəyli, sədr müavini və Birliyin digər əməkdaşları, həmçinin, Birliyə 2018-ci ildən etibarən üzv olan “Zaman” Sığorta və Təkrarsığorta Brokerinin Baş kommersiya direktoru Xəyal Məmmədxanlı, “Avand” Sığorta Brokerinin rəhbəri Orxan Həsənov, “AS Prof” Sığorta Agentliyi MMC-nin rəhbəri Cahid Qurbanov, “Efendi Legal and İP Consultancy” MMC-nin rəhbəri Elmar Hacıyev və baş mühasibi iştirak edib.

İclası açıq elan edən Mustafa Abbasbəyli sığorta vasitəçilərinin Birliyə üzvlüyünün yenilik olduğunu bildirdi və 2018-ci ildə beş sığorta vasitəçisinin Birliyə üzv olduğunu, Müşahidə Şurasının növbəti görüşü zamanı isə daha iki vasitəçinin Birliyə üzv olmasının gözlənildiyini vurğulayıb.

Görüş zamanı komitə iştirakçıları sığorta vasitəçilərinin sığorta bazarındakı əhəmiyyətli rolundan bəhs edib. Sığorta vasitəçilərinin Birliyə üzv kimi qəbul olunmasının Azərbaycan sığorta bazarı üçün yeni bir istiqamət olduğunu və onun sığorta bazarının inkişafını dəstəklədiyini bildiriblər. Mustafa Abbasbəyli Vasitəçilər komitəsinin sığorta bazarında onların maraqlarına toxunan bütün halların müzakirəsi üçün ortaq platforma olduğunu qeyd edib.

Görüşün yekununda Vasitəçilər komitəsinin sədrinin “Zaman” Sığorta və Təkrarsığorta Brokerinin” Baş kommersiya direktoru Xəyal Məmmədxanlının təyin olunması və bu barədə Birliyin Müşahidə Şurasına təqdimat verilməsi qərara alındı.

Xatırladaq ki, Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin Müşahidə Şurasının 07.05.2018-ci il tarixli görüşündə Birlik nəzdində Vasitəçilər komitəsinin yaradılması qərara alınmışdır.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment