1 USD 1,7000    1 EUR 1,8029    1 RUB 0,0236    1 TRY 0,0907    XAU 2984,8175    XAG 32,7576    XPT 1509,3280    XPD 3642,8705   
           
/ Məzənnələr

 

 

 













Neft və qaz


Nobel Oil Services məhdud imkanları olan gənclər üçün əmək yarmarkasında iştirak edib
14.05.2018

Baki, FinanceTime. Nobel Oil Services məhdud imkanları olan gənclər üçün nəzərdə tutulan əmək yarmarkasında iştirak edib.

“İnanırıq ki, sosial baxımdan məsuliyyətliişəgötürənlər məhdud imkanları olan insanları onlara uyğun şərait təklif etməklə əmək bazarına inteqrasiya etmək üçün öz resurslarından istifadə etməlidir. Nobel Oil Services şirkətlər qrupundaməhdud imkanları olan insanlara xüsusi diqqət ayırırıq və onların üstün cəhətlərini ifadə etmələri üçün iş mühitinin təmin edilməsinə davamlı səy göstəririk.Şirkətlər qrupu daxilində, cəmiyyətin həssas üzvləri kateqoriyasına aid təqribən 90 nəfəri işlə təmin edirik və bu əmək yarmarkasından sonra yeni namizədlərin cəlb edilməsini gözləyirik”, - deyərək Nobel Oil şirkətinin Qrup üzrə İnsan Resursları Meneceri Ellada Alışova qeyd edib.

“Biz çoxlu sayda istedadlı və işə həvəsli gənclərlə görüşdük və onların karyera inkişafı üçün imkanlar yaratmağa şadıq. Biz, məşğulluqimkanları axtaranlar üçün bu platformanın yaradılmasına görə təşkilatçılara da təşəkkür edirik”, - o əlavə edib.

Tədbir zamanı Nobel Oil Services nümayəndələri şirkətin fəaliyyəti və mövcud vakansiyalar barədə tələbələrə məlumat verib, sonuncu kurs tələbələrindən və məzun olmuş şəxslərdən onlarla ərizələr qəbul edib və ilkinmüsahibələr üçün bir sıra namizədlər seçib.

Nobel Oil Serviceskorporativ sosial məsuliyyətə xüsusi diqqət yetirir vəfəaliyyət göstərdiyi sahəyə töhfə vermək üçün davamlı imkanlar axtarır.

Nobel Oil Services neft-qaz sahəsində ixtisaslaşan çoxşaxəli şirkətlər qrupudur. Şirkətlər qrupuna daxil olan müəssisələr qazma, tikinti və layihələrin idarəedilməsi, eləcə də avadanlığa texniki xidmət, təchizat və layların neftverimliliyinin artırılması xidmətlərini göstərək fəaliyyətlərini uğurla inkişaf etdirirlər.

Nobel Oil Services həm əməliyyat, həm də maliyyə fəaliyyətində ən yüksək standartlara riayət edir. Nobel Oil şəffaf maliyyə fəaliyyətinə görə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən “Şəffaf Vergi Partnyoru” statusuna layiq görülüb.

 


     



09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
 
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü
15.05.2020
Müseyib Əhmədov
Mərkəzi Gömrük Hospitalının ortoped-travmatoloqu
24.02.2020
Anar Həsənov
“AccessBank”ın İdarə Heyətinin Sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment