1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“Qala Sığorta” sabahdan “KASKO FUTBOL ÇEMPİONATI”na start verir
19.03.2018

Baki, FinanceTime. Azərbaycan sığorta bazarının ən dinamik şirkəti olan “Qala Sığorta” 20 mart - Novruz Bayramı günündə “KASKO FUTBOL ÇEMPİONATI” adlı maraqlı aksiyaya start verəcək.

Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, bu ilin mart ayının 20-dən aprel ayının 20-dək davam edəcək “KASKO FUTBOL ÇEMPİONATI” Gənclik Mall Ticarət Mərkəzində keçiriləcək. Bir ay davam edəcək aksiyada qaliblərə müxtəlif hədiyyələr təqdim olunacaq.

Şərtlərə görə, oyunda sürücülük vəsiqəsi və avtomobili olan bütün şəxslər iştirak edə bilər.İki iştirakçıdan  ibarət olacaq  futbol oyunu 2 dəqiqə davam edəcək. Futbol meydançasında “futbolçuları”xüsusi olaraq hazırlanmış uzaqdan idarə edilən oyuncaq avtomobillər əvəz edəcək.

Oyunda iştirak etmək istəyən şəxslər “Gənclik Mall”da (birinci mərtəbə) “Qala Sığorta”nın promo-stendinə yaxılaşaraq əvvəlcədən müvafiq sorğudan keçməklə qeydiyyata alınacaq və daha sonra oyunun iştirakçısı olacaqlar.

Oyunun qalibinə “Qala Sığorta” şirkəti tərəfindən “avtomobillərin kasko sığortası” məhsulu üzrə 20%-lik endirim ediləcək. Oyun bərabər xallarla bitdikdə isə hər iki şəxsə kasko sığortası məhsulu 10% endirimlə təqdim olunacaq.

Bununla yanaşı, aksiya çərçivəsində “Qala Həyat” sığorta şirkəti tərəfindən güzəştli şərtlərlə hazırlanmış xüsusi həyat sığortası məhsulu da təklif olunacaq. Müştərilər promo-stendə yaxınlaşmaqla həyat sığortası məhsulu haqqında geniş məlumat əldə edə bilərlər. Aksiya zamanı yeni hazırlanmışhəyat sığortası üzrə paket məhsulu ilə bağlı məlumatlandırıcı bukletlər də paylanılacaq.      

Qeyd edək ki, bu aksiyanın keçirilməsində əsas məqsəd ticarət mərkəzinə gəlmiş insanların bayram əhval ruhiyyəsinə müsbət emosiyalar qatmaqla yanaşı kasko və həyat sığortası haqqında maariflənmə işi apararaq cəmiyyətin sığorta sahəsində bilik və savadlılığını daha da artırmaqdır.

Xatırladaq ki, “Qala Sığorta” şirkəti 30 sentyabr 2015-ci il tarixindən fəaliyyət göstərir. Şirkətin yeganə səhmdarı “AzRe Təkrarsığorta” ASC-dir.

Şirkət müştərilərinə baş ofis və 8 regional nümayəndəlik vasitəsi ilə qanunvericiliklə nəzərdə tutulan qeyri-həyat sığorta sahəsinin 23 növü üzrə, o cümlədən 19 könüllü və 4 icbari sığorta məhsulları üzrə xidmətlər göstərir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment