Baki, FinanceTime. 23 yanvar 2018-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0104001687 ISIN-li, 35 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 18 investor tərəfindən 35 sifariş təqdim edilmişdir. Sifarişlərin qiymət intervalı 85.7000 AZN (16.7780%) və 88.9430 AZN (12.5000%) olmuşdur. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 95 291 900,00 AZN olmuşdur.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 87.7784 AZN (13.9999%), orta ölçülmüş qiyməti 87.9520 AZN (13.7738%) müəyyən edilmişdir. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 35 000 000 AZN təşkil etmişdir.
İstiqrazların ödəmə tarixi – 22 yanvar 2019-cu il.
Hərrac iştirakçıları 24 yanvar 2018-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.