Baki, FinanceTime. 20 dekabr 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB)50100366S dövlət qeydiyyat nömrəli,200mln manat həcmində,28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 10 investor tərəfindən qiymət intervalı 98.8472 AZN (14.99%)və 99.2278 AZN (10.01%) olan 13 sifariş təqdim edilmişdir.Sifarişlərin nominal qiymətlə ümumi məbləği 206 833 300,00AZN olmuşdur.
AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 98.8472 AZN (14.99%), orta ölçülmüş qiyməti 99.0287 AZN (12.61%) müəyyən edilmişdir. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 206 833 300,00AZN təşkil etmişdir.
Notların ödəmə tarixi 17.01.2018