1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Neft və qaz


Nobel Oil Services təchizatçıları üçün təlimatlandrıcı sessiyalar keçirir
23.11.2017

Baki, FinanceTime.  Nobel Oil Services şirkəti işgüzar tərəfdaşlarını komplayens və korporativ siyasətlərin tələblərinə uyğun davranışa təşviq edən səmərəli Etika və Komplayens proqramını həyata keçirir. Etika və Komplayens tələblərinin tətbiq edilməsi strategiyasının bir hissəsi olaraq Nobel Oil Services işgüzar əməliyyatlarda şəffaflığın dəstəklənməsi məqsədi ilə şirkətlər qrupunun təchizatçıları üçün təlimatlandırıcı sessiyaların keçirilməsinə başlamışdır.

Şirkətin Baş Kommersiya Direktoru Eldar Məmmədzadə giriş nitqi ilə Etika və Komplayens bölməsinin əhəmiyyətini və şirkətin əsas dəyərləri (Dürüstlük, Keyfiyyət, Təhlükəsizlik, Vahid Komanda və Mükəmməllik) ruhunda strategiyasının qurulmasında rolunu xüsusi qeyd etmişdir. Bu dəyərləri əsas tutaraq Nobel Oil Services şirkəti üçüncü tərəf təchizatçıların şəffaf və səmərəli seçilməsini təmin edir.

Şirkətin komplayens üzrə səlahiyyətli nümayəndəsi Nərminə Qardaşxanova təqdimatında Baş İcraçı Direktorun rəhbərlik etdiyi Komplayens komitəsinin strukturu və iş mexanizmi barəsində məlumat vermişdir. Komitə şirkətin korporativ siyasətlərinin vəprosedurlarının Birləşmiş Krallığın, eləcə də Azərbaycanın qanunlarına və qaydalarına uyğunluğunu təmin edir. Birləşmiş Krallıqda qeydiyyatdan keçmiş şirkət olaraq Nobel Oil Services rüşvətxorluq və korrupsiya ilə mübarizə üzrə siyasətini və Davranış Kodeksinimüvafiq qaydada tətbiq etmişdir. Şirkəthər hansı şikayətlər yaranarsa təchizatçılar tərəfindən məlumatların verilməsinintəşviqi üçün “Narahatlığını Bölüş” yardım xəttini səmərəli şəkildə idarə edir. Nobel Oil Services şirkətinin Komplayens bölməsi tərəfindən bütün halların ədalətli və qərəzsiz baxılmasına zəmanət verilir.

“İşgüzar münasibətlər qurulmazdan öncə təchizatçının uyğunluğunun yoxlanılması məcburi prosesə çevrilib.Bu kimi görüşlərin təchizatçılarla müntəzəm keçirilməsi nəzərdə tutulur ki, bu da prosesin şəffaf aparılması və ən yaxşı təchizatçıların seçilməsini təmin edir”, deyərək Nərminə Qardaşxanova bildirmişdir. “Şirkətin fəaliyyətinə və reputasiyasına mənfi təsir edə bilən istənilən halları aşkar etmək və aradan qaldırmaq üçün yardım xətti ilə daxil olan bütün məlumatları hərtərəfli araşdırırıq” deyə sözlərinə əlavə etmişdir.

Görüşün sonunda bir neçə praktiki misallar iştirakçılarla birlikdə müzakirə edilmişdir.

Nobel Oil Services (UK) Limited Böyük Britaniyada qeydiyyatdan keçmiş neft-qaz sahəsində ixtisaslaşmış çoxşaxəli şirkətlər qrupudur. Şirkətin korporativ idarəetmə sistemi Böyük Britaniyanın qanunvericiliyinə və İdarəetmə Məcəlləsinə uyğun təşkil edilib.

Nobel Oil Services şirkətinə daxil olan müəssisələr qazma, tikinti və layihələrin idarəedilməsi, eləcə də avadanlığa texniki xidmət, təchizat və layların neft verimliliyinin artırılması xidmətlərini göstərir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment